Çempionlar liqasının 1/8 final mərhələsində daha 2 görüş baş tutub-Ekspert şərhi

Bölmə: İdman › ,
Tarix: 19:25 15.02.2024

Çempionlar liqasının 1/8 final mərhələsində növbəti 2 oyun baş tutub. ‘’PSJ’’ öz meydanında ‘’Real Sosyedad’’ ı 2:0 məğlub edib. ‘’Bavarya’’ isə ‘’Latsio’’ səfərindən 1:0 hesablı məğlubiyyətlə ayrılıb.

 

Futbol eksperti Aslan Kərimov oyunların nəticələri bağlı fikirlərini informator.az-la  bölüşüb. Ekspert bildirir ki, növbəti mərhələyə vəsiqə qazanacaq komandaları tam dəqiqliklə müəyyən etmək hələ tam mümkün deyil.

 

‘’ ‘’Mançester  Siti’’ bu ilki favoritlərdən biri sayılsa da son dəqiqələrdə 3 cü qolu vusalar belə ‘’Kopenhagen’’lə  oyun onlar üçün heç də asan olmadı. ‘’Mançester Siti’’ nin baş məşqcisi Pep Qvardiola da mətbuat konfransı zamanı bildirib ki, hər kəs ‘’Kopenhagen’’ lə oyunda çox asan qələbə qələbə qazanacağımızı gözləsə də ‘’Kopenhangen’’ aqressiv və pressinqli oynayan  komandadır. ‘’Mançester Siti’’ nin qələbə qazanması gözlənilən idi və  İngiltərədəki oyunda onlar bu üstünlüyü qorumağa çalışacaqlar’’.

 

Ekspert  ‘’Real Madrid’’i ‘’Mançester Siti’’ yə nəzərən daha çətin oyunun gözlədiyini vurğulayır.

 

‘’ ‘’Real Madrid’’ də favorit sayılsa da minimal hesablı qələbə qazanıb. ‘’Leypsiq’’ in oyunda üstünlüyü ələ aldığı epizodların şahidi olurduq. Madriddə keçirələcək oyunda üstünlük ‘’Real Madrid’’ də olsa da  bir səhv qol sayını bərabərləşdirə bilər. ‘’Real Madrid’’in işi ‘’Mançester siti’’ yə nəzərən daha çətindir. Amma Düşünürəm ki, ‘’Real Madrid’’ təcrübəli klubdur və bir axsaqlıq olmasa, bu cütün qalibi onlar olacaq’’.

 

Aslan Kərimov qeyd edir ki, ‘’PSJ’’ artıq daha strukturlu oyuna sahibdir və üstünlüyünü qorumağa çalışacaq.

 

‘’  ‘’PSJ’’dən dünyan ulduzlarının bir çoxu ayrılsa da ‘’PSJ’’ hazırda daha strukturlu oyuna sahibdir. ‘’Real Sosyedad’’ ın qol imkanları oldu. ‘’PSJ’’ bu üstünlüyü əldən verməməyə çalışacaq’’.

 

Müsahib ‘’Bavariya’’ və ‘’Latsio’’ qarşlaşmasında növbəti mərhələ üçün şansların bərabər olduğunu qeyd edir.

 

‘’ ‘’Bavariya’’ və ‘’Latsio’’ cütlüyünün qarşılaşması məni ən təəcübləndirən oyun oldu. ‘’Bavariya’’ nı hamımız dominant, hücuma meyilli futbol oynayan komanda kimi tanıyırq.Xüsusilə pandemiya dövründən  sonra ‘’Bavariya’’ da işlərin istənilən kimi getməməsi açıq aşkar görünür. Bu da məncə, məşqci və oyunçular arasındakı anlaşılmazlıqdan qaynaqlana bilər. Xarici informasiya səhifələrində Tomas Müllerin narazılığını gördüm. Müsahibələrində bu məşqcidən və oyun sxemindən narazılıqlarını dilə gətirib. Bu narazılıqlar artıq klubdaxili problemlərin olduğunu açıq-aşkar göstərir.Bunları nəzərə alarsaq, məğlubiyyət gözlənilsə belə potensialı nəzərə alaraq mən ‘’Bavariya’’ dan ən azından bərabərlik gözləyirdim. Almaniyada ‘’Bavariya’’ dan qələbə gözlənilən olsa belə düşünürəm ki, bu cütlükdə şanslar 50/50 dir’’.

 

Ayaz Zeynalzadə