"Bavariya"nın futbolçusu Boey zədələnib

Bölmə: İdman › ,
Tarix: 19:47 16.02.2024

Almaniya Birinci Futbol Liqası (Bundesliqa) komandası Bayern Münhen, ötən ay "Qalatasaray"dan transfer edilən sağ cinah müdafiəçisi Sacha Boeyin zədə səbəbindən bir neçə həftə meydanlardan uzaq qalacağını açıqlayıb.

 

Transfer dövründə "Qalatasaray"dan Almaniya Bundesliqa təmsilçisi "Bavariya"ya transfer olunan fransalı futbolçu Sacha Boeyin zədələndiyi bildirilib:

 

"Sacha Boey məşq zamanı sol diz nahiyəsində böyük yırtıq olub və həkimlər qrupunun müayinəsi nəticəsində 23 yaşlı futbolçu yaxın həftələrdə meydanlardan uzaq qalacaq".

 

23 yaşlı futbolçu yeni komandası ilə indiyədək 2 rəsmi oyunda iştirak edib.

 

Zəhra Həsənova