Xavinin ‘’Barselona’’ ilə bağlı etirafı

Bölmə: İdman › ,
Tarix: 22:55 16.02.2024

Mövsüm sonunda "Barselona"dan ayrılacağını açıqlayan baş məşqçi Xavi Hernandez mətbuata açıqlama verib. İspaniyalı baş məşqci açıqlamalasında Kataloniya komandası ilə bağlı diqqətçəkən etiraflar edib.

 

 "Mənim prioritetim hər zaman "Barselona" olub. Son jestim cibimdəki puldan imtina edib "Barselona"nın baş məşqcisi olmaq oldu. Öz zərərimə baxmayaraq, kluba üstünlük verdim və kömək etmək istədim",-deyə Xavi qeyd edib.

 

Şənbə günü keçiriləcək Celta Vigo matçı haqqında "Taktiki cəhətdən yaxşı hazırlanmış klubla qarşılaşacağıq. Səfərdə daha yaxşı oynayırıq. Daha çox səhvlərə dözə bilmərik’’,-deyə ispaniyalı mütəxəssis vurğulayıb.

 

Ayaz Zeynalzadə