Türkiyə Superkubokunun finalı ilə bağlı açıqlama

Bölmə: İdman › ,
Tarix: 19:29 19.02.2024

"Qalatasaray"la "Fənərbaxça" arasında keçiriləcək Superkubok finalının tarixi ilə bağlı Dezinformasiya ilə Mübarizə Mərkəzi aprel ayını işarə edib.

 

Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi, hər iki komandanın liqa və Avropa matçları səbəbiylə matç sıxlığının qarşısını almaq üçün Qalatasaray və Fənərbaxça arasında keçiriləcək Superkubok finalının aprel ayında keçirilməsinin planlaşdırıldığını açıqladı.

 

Mövzu ilə bağlı edilən açıqlamada, “29 dekabr 2023-cü ildə keçirilməsi planlaşdırılan Super Kubok Finalı matç günü ‘’Fənərbaxça’’, ‘’Qalatasaray’’ və Türkiyə Futbol Federasiyasının birgə qərarı ilə daha sonrakı tarixə təxirə salındı. Superkubok finalı hər iki komandanın liqa və Avropa oyunları ilə əlaqədar təxirə salınıb: "Tıxac’’ yaranmaması üçün apreldə keçirilməsi nəzərdə tutulub. Rəsmi açıqlamalardan başqa əsassız iddialara etibar etməyin",-deyə qeyd olunub.

 

Ayaz Zeynalzadə