Bayden Putini tənqid edib

Bölmə: Siyasət › ,
Tarix: 13:08 23.02.2024

ABŞ prezidenti Bayden Rusiya lideri Putin haqqında danışarkən onu tənqid edib.

 

2021-ci ildə Rusiya prezidenti Putini “qatil” adlandıran ABŞ prezidenti Bayden bu dəfə Putin üçün gözlənilməz şəkildə fikirlər söyləyib.

 

ABŞ prezidenti Bayden San-Fransiskoda pul toplama tədbirində iştirak edib.

 

Bayden jurnalistlərə verdiyi açıqlamada Rusiya lideri Putini lənətləyib, onun dəli olduğunu deyib: "Hər zaman nüvə münaqişəsindən narahat olmalıyıq. Amma ekzistensial təhlükə insanlıq üçün iqlimdir".

 

Bayden əvvəllər "Ağ Ev"dəki çıxışında da eyni tənqidi söyləyib və mikrofonu açıq qaldığı üçün sözləri hamı tərəfindən eşidilib.

 

Digər tərəfdən Rusiya Prezidenti Vladimir Putinin bu yaxınlarda verdiyi müsahibədə "Rusiya üçün hansı daha yaxşıdır, Bayden və ya Tramp?" Bayden deyə sualı cavablandırıb. Putin açıqlamasında “Bayden daha təcrübəli, öngörəbilən və köhnə üslublu siyasətçidir", - deyib.

 

Mənbə: Habertürk

Tərcümə etdi: Aytac Kərimova