Jurnalistlərin diqqətinə!-Müstəqil fəaliyyət göstərən jurnalistlər...

Bölmə: MEDİA › ,
Tarix: 19:37 28.02.2024

Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası"na dəyişiklik edilib.


Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

 


Mövzuyla bağlı  "İnformator.az"a açıqlama edən Seymur Kazımov qaydaya edilən dəyişiklik və onun əhəmiyyəti barədə danışıb:

 

"Əsas məsələ budur ki, məlum ərazilərə yalnız reyesterdən keçmiş mediaların əməkdaşları gedə biləcəklər. Çünki Media haqqında yeni qanun tələb edir ki, Azərbaycan fəaliyyət göstərən media quruluşları xüsusi reyesterdən keçsinlər. Qərarda boşluq var. Media subyektində çalışmayan, yəni frilans jurnalistlərin fəaliyyəti necə olacaq? Müstəqil fəaliyyət göstərən jurnalistlər məlum ərazilərə və tədbirlərə necə gedəcəklər?  Deməli, gedə bilməyəcəklər. Əslində, bu qayda qeyri-rəsmi tətbiq olunurdu. Jurnalistlər arasında ayriseçkilik var idi. İndi isə rəsmiləşdirildi".

 

Qeyd edək ki,  edilən dəyişikliklə Qaydanın 1.2-ci və 1.3-cü bəndləri aşağıdakı redaksiyada verilib:

 

- “Media haqqında” qanunun 72.1-ci maddəsinə əsasən media subyektləri Media Reyestrinə daxil edilmiş jurnalistlərini dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiyadan keçirə bilərlər.

 

- Dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiya olunmuş jurnalistə, qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və başqa tədbirlər barədə əvvəlcədən məlumat verilir, onun stenoqramlarla, protokollarla və başqa sənədlərlə tanış olması üçün şərait yaradılır.

 

 

Azər Abuşov