Fatih Terimə qarşı təzyiqlər gözlənilən idi-Aslan Kərimov

Bölmə: İdman › ,
Tarix: 20:47 28.02.2024

Son nəticələrdən sonra Fatih Terimin ‘’Panatinaikos’’ dan ayrılacağı ilə bağlı iddialar mətbuata sızıb.

 

Futbol mütəxəssisi Aslan Kərimov bu barədə fikirlərini ‘’informator.az’’la bölüşüb. Mütəxəssis ilk olaraq Fatih Terimin uğurları barədə söz açıb:

 

‘’Fatih Terim Türkiyə futboluna imza atan, təcrübəli, çətinliklərin öhdəsindən gəlməyi sevən məşqçilərdən biridir və çox yaxşı motivatordur. Türkiyədə çox uğurlu işlərinin şahidi olduq’’.

 

Aslan Kərimov ‘’Panatinaikos’’ da Fatih Terimə  təzyiqlərin olmasının gözlənilən olduğunu qeyd edib.

 

‘’İdmanda siyasi məsələlər və dini fərqliliklər önəm daşımalı olmasa da Yunanıstan və Türkiyə arasındakı siyasi vəziyyəti nəzərə alarsaq, türk məşqçinin ilk uğursuz nəticədə belə təzyiqə məruz qalması gözlənilən idi.Yunan azarkeşlərin Azərbaycan komandalarına qarşı oyunlarda da yüksək təzyiqlərinin şahidi olduq. Düşünürəm ki, ayrılıq qərarı Fatih Terim üçün düzgün seçimdir. Ən yaxşı halda mövsüm sonuna kimi komandada qalacaq. Əks halda istənilən nəticə əldə olunmadıqda yenə təzyiqlərə məruz qalacaq’’.

 

 

Ayaz Zeynalzadə