Bakı kitab mərkəzində musiqili poeziya axşamı keçirilib
Bölmə: Mədəniyyət › ,Tarix: 15:40 09.03.2024
Martın 7-də Bakı Kitab Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunan "Zərif Duyğular" adlı poeziya axşamı keçirilib.
"İnformator.az" xəbər verir ki, musiqili gecədə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrının ifasında Dmitri Şostakoviç , Qara Qarayev , Tofiq Quliyev, Rauf Hacıyev kimi dahi bəstəkarların əsərləri təqdim edilib.
8 Mart beynəlxalq qadınlar gününə həsr olunan tədbirdə qadınlara ithaf edilən şeirlər səsləndirilib.
Tədbir çərçivəsində rəssam Kənan Əliyev və heykəltəraş Namiq Hüseynovun əsərlərindən ibarət "Danışan zərif əllər" adlı sərgi təqdim olunub.
Heykəltəraş Namiq Hüseynov və Kənan Əliyev sərgidə Azərbaycanın ictimai-siyasi , mədəni həyatında özünəməxsus yer tutan 22 xanımın əl heykəlinin sərgiləndiyini qeyd ediblər.
Aydan İsayeva
İsraildə hərbi sənədlərin sızması ilə bağlı qalmaqal var: məhkəmə Netanyahunun köməkçisini ittiham etdi
“COP29: Azərbaycanın iqlim hərəkatı təşəbbüsləri” adlı layihə çərçivəsində Şirvan Milli Parkına infotur təşkil olundu