Ermənistanın iftirası, yoxsa Rusiyanın tələbi?-AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 22:03 19.03.2024

Paşinyan yaxın politoloq Tiqran Xzmalyan bildirib ki, 4 kəndin geri qaytarılmasını "Azərbaycan yox, Putin tələb edir"


Bu barədə "informator.az"a açıqlamsında politoloq Oqtay Qasımov bildirib ki, Erməni mətbuatında bu cür məlumatların çıxması təəccüblü qarşılanmamalıdır, çünki bu tipli məsələlər və istifadə edilən tezislər daha çox Ermənistanın daxili siyasi vəziyyətinə uyğun olaraq səsləndirilir:

 

"O ki qaldı Ermənistan ekspertinin səsləndirdiyi fikirlərə, onun dediyinə görə, ola bilər ki, 4 kəndin qaytarılmasını Azərbaycan Rusiyanın tələbi ilə edir. Bu tamamilə cəfəngiyyatdır. Rusiya ilə bağlı hazırda Ermənistanda münasibət Rusiya üçün ürəkaçan deyil. Həmin ekpertdə antirusiya meyilli şəxslərdən olduğu üçün hər şeyi Rusiyanın ayağına bağlamaq istəyir".

 


Ekspert əlavə edib ki, Azərbaycanın 8 kəndinin qaytarılması ilə bağlı məsələ ilk dəfə üç tərəfli beyanatda imzalanaraq qeyd olunub və həmin bəyanatın birinci variantında bu məsələ öz əksini tapıb:

 

"Daha sonra Ermənistanın xahişi ilə həmin müddəa çıxarılıb və Ermənistan şifahi şəkildə bu kəndlərin Azərbaycana qaytarılması ilə bağlı öhdəlik götürüb və Azərbaycan da bunu tələb edir. Ermənistan mətbuatının bu cür yalan və iftira xarakter daşıyan məlumatlarına ölən verməmək lazımdır. Bütün məsələnin Rusiya ilə əlaqəsi yoxdur, bu Ermənistanın öhdəliyidir".

 

 

Vüqar Alışov