Baydendən tələbələrin saxlanılmasıyla bağlı açıqlama

Bölmə: Siyasət › ,
Tarix: 23:46 02.05.2024

ABŞ Prezidenti Co Bayden universitetlərdə Fələstinə dəstək üçün davam edən etiraz aksiyaları ilə bağlı açıqlamalar verib.

 

Bayden etirazları pisləyərək, "Etiraz etmək hüququ var, amma xaos yaratmaq haqqı yoxdur" deyib. Mülkiyyətə ziyan vurmağın dinc etiraz olmadığını ifadə edən Bayden belə qeyd edib:

 

“Vandalizm, icazəsiz giriş, pəncərələri sındırmaq, kampusları bağlamaq, dərsləri və məzuniyyətləri ləğv etməyə məcbur etmək. Bunların heç biri dinc etiraz deyil".

 

İnsanları təhdid etmə, qorxutma və terror etmənin dinc etiraz olmadığını və qanuna zidd olduğunu bildirən Bayden deyib ki, ABŞ-da heç bir kampusda yəhudi tələbələrə qarşı antisemitizm və ya zorakılıq təhdidlərinə yer olmamalıdır. 

 

Mayıl Soltanov

Mənbə:CNN Türk