NATO-nun baş katibi Ermənistanı Azərbaycanla tezliklə müqavilə imzalamağa çağırıb-AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 23:26 19.03.2024

Əgər bele bir sülh müqaviləsi olarsa, müqavilənin imzalanmasında əsas problem 4 kəndir ki, mübahisəli məsələdir.

 

Bu məsələ necə tərəflər razılıqa gələ biləcəkmi ?

 

Bu barədə politoloq Şəbnəm Həsənova"informator.az"a açıqlamasında bildirib ki, Nato qismində Qərb regionda boşluq axtarır, Azərbaycan isə praqmatik siyasətlə öz boşluqlarını doldurur:

 

"Sadə formada belə anlaşılır ki, NATO qismində Qərb Cənubi Qafqaz regionunda da boşluq axtarır,biz isə bütün bu axtarışlara və ona mövcud olan potensial redaksiyalar qarşılığında olsa belə öz boşluqlarımızı doldururuq. Şübhəsiz ki,bu heç də asan olmayan,özündə mürəkkəb kombinasiyaları ehtiva edən məsələdir. Ermənistan üçün ən çətin, ümumilikdə isə region üçün mürəkkəb mövcud mühiti nəzərə alaraq Nikol Paşinyanın isə bir neçə istiqamətdə oyanması nəzərə alaq ki, indiyə qədər şovinist ruhunda inkişaf etdirilən cəmiyyətin cilovlanması baxımından başa düşülməlidir. Paşinyan çalışır ki, maksimum əlverişli şərtlərə getməyə məcbur olduqlarını cəmiyyətə yenidən aşılasın.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış edərkən müzakirələrə məhz dövlət başçımız istiqamət verərək bundan öncə əgər Azərbaycan torpaqlarının işğalından danışılırdısa,daha bu məsələnin müzakirə mövzuları sırasında yer almadığı bildirib".

 

Politoloqun sözlərinə görə, NATO-nun məqsədləri sırasında əsas və davamlı məqsədinin bütün üzvlərinin azadlığı və təhlükəsizliyinin siyasi və hərbi vasitələrlə qorumaqdır:

 

"Ən əsas amillərdən biri də ondan ibarətdir ki,NATO-nun məqsədləri sırasında əsas və davamlı məqsədinin bütün üzvlərinin azadlığı və təhlükəsizliyinin hərbi vasitələrlə qurmaq olduğunu bildirilib. Yəni, tek siyasi və ya yalnız hərbi vasitələrdən deyil hər ikisindən söhbət gedir. Bu baxımdan dövlət başçımız həm də münaqişənin hərbi-siyasi yolla həll edildiyini vurğulayıb.

Stoltenberqin regiona səfəri isə şübhəsiz ki,sadəcə regional kontekstdən dəyərləndirilməli olan məsələ deyil. Lakin bizim üçün öz reallıqlarımıza fokuslanmaq baxımından vacib məqam odur ki,Stoltenberq çox taleyüklü məqamda gəldi. Belə ki,4 kəndin dinc formada qaytarılması həyata keçirilərsə, deməli,bundan sonra məsələlərin həlli üçün silahın lazım olmadığı təcrübəsi sınaqdan uğurla keçirilə bilər. Stoltenberqin regiona səfərinin məhz Bakıdan başlaması,indiyə qədər yaratdığımız reallığın və bundan sonrakı vəziyyəti də formalaşdıracaq şərtlərin qarşı tərəfə və ya tərəflərə çatdırılması baxımından önəmlidir. Paşinyan Qərbə də bir başqa cür oynamalı idi. Lakin bu əbəsdir, çünki mövcud amil eskalasiya mexanizmlərinə riskini artırıb, qarşılıqlı ittihamların yenidən baş qaldırılmasına gətirəcək.

Stoltenberqin Azərbaycanın Ukraynaya humanitar yardımı yüksək dəyərləndirməsi, bununla belə isə daha çox dəstəyə ehtiyac duyduğunun Ukraynadakı vəziyyətin olduqca ağır olması ilə əlaqələndirməsi məhz məsələlərlə münasibətimizin olduqca təmkinli, pragmatik və korrekt olduğundan xəbər verir. Bu isə birmənalı olaraq cənab Prezident İlham Əliyevin düzgün siyasətinin nəticəsidir".

 


Aslanova Fatimə