İkitərəfli əməkdaşlığa dair Birgə Bəyannamə: "Yeni dünya"ya keçid-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 20:51 27.03.2024

Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) və Moldovanın Gömrük Xidməti arasında ikitərəfli əməkdaşlığa dair Birgə Bəyannamə imzalanıb. Azərbaycanın Moldovada səfiri Ülvi Baxşəliyev də iştirak edib.

 

İki dövlət arasında bağlanan Bəyannamə dövlətlərarası münasibətlərə və Azərbaycana necə təsir edəcək? 

 

Məsələ ilə bağlı politoloq Həşim Səhrablı ‘’informator.az’’a açıqlamasında bildirib ki, ümumilikdə Azərbaycan ‘’yeni dünya’’ya keçidə doğru getməkdədir:

 

Bu dünyada ənənəvi dünyadan fərqli olaraq, fərqli ölkələrin, fərqli bölgələrdə güc formalaşdırmaq məsələsi ön plana çıxacaq ki, bu nöqtədə də digər dövlətlərin: istər söz sahibi olan dövlətlər olsun, istər digər dünya dövlətləri olsun hər birinin arasında müəyyən çıxar üzərində qurulan münasibətlər olacaq. Yəni, artıq, ticarət, iqtisadiyyat və texnologiya ‘’yeni dünya’’nın əsas gücü kimi formalaşacaq. Ənənəvi dünyada hərb və siyasət nə qədər həlledici idisə, ‘’yeni dünya’’da artıq iqtisadiyyat da eyni dərəcədə rol oynayacaq. Məhz bu nöqtədə, Azərbaycan tək Molodova ilə deyil, hər hansı bir dövlətlə quracağı yaxşı iqtisadi əlaqələr, iqtisadi münasibətlər həm dövlətin inkişafı baxımından, həm yeni fürsətlərin doğması baxımından, həm də xalqın ümumi rifahına yüksək təsir etməsi baxımından əsas addım kimi qarşımıza çıxır. Çünki, Moldova siyasi, hərbi güc baxımından zəif bir ölkə ola bilər, amma mütləq şəkildə Molodovanın Azərbaycana vəd etdiyi iqtisadi prespektivlər ortaya çıxacaq. Bu bizim iqtisadi əlaqələrimizi daha da artırmaq, dövlətlərlə, bütün dünya ilə əlaqələrimizi genişləndirmək baxımdan bir parça təşkil edəcək. Bu parça özüdə, bəzi məsələlərədə önəmli faktor kimi rol oynayacaq’’.

 

 

Politoloqun sözlərinə görə, iqtisadi baxımdan nə qədər güclənsək, dünya ölkələri ilə əlaqələrimiz nə qədər artarsa, bu bizim eyni zamanda diplomatiyada, etibarlı tərəfdaşların sayını artırmaqda və təhlükələrə qarşı dirənməkdə də kömək edəcək:

 

‘’Rusiya yenə ənənəvi təcavüzkar siyasətə geri dönür. Ukraynadaki əməliyyatlar, Gürcüstandaki separatçılar məsələsi, bir vaxtlar Ermənistanı pulsuz silahlarla təmin etmək, Azərbaycana qarşı işğalçılıq əməliyyatlarını dəstəkləmək buna nümunədirlər. Bu vəziyyətdə Moldova məhz Rusiyaya qarşı mübarizəsi ilə ön plana çıxır. Bütün bunları nəzərə aldıqda demək mümkündür ki, əgər bir gün Rusiyada SSRİ-yə ‘’geri qayıdış’’ və ya başqa bir formatda ideyalar canlanarsa, dövlətlərin bir-biri ilə əlaqələri bu kimi niyyətlərin qarşısını almaqda etibarlı bir tərəfdaşlıq münasibətləri formalaşdıra bilər’’.

 

Sevinc Yarməmmədova