Ermənistan Rusiyadan üz döndərir ?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 20:47 01.04.2024

Aprelin 1-də Amerika Birləşmiş Ştatlarından bir qrup təlimatçı Ermənistana gəlib. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə təlimatçılar aprel ayının 1-dən 5-ə qədər Ermənistanda olub müdafiə sahəsində əməkdaşlıq edəcəklər. Həmçinin ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə təlimləri keçiriləcək.

 

Keçirilən təlimlərdə ABŞ-ın hansı məqsədləri var ?

 

Mövzuyla bağlı “İnformator.az”a açıqlamasında politoloq Turan Rzayev bildirir ki, ABŞ-ın yeritdiyi bu siyasət regionda sülhə və sabitliyə əngəl olur:

 

“Amerika Birləşmiş Ştatlarının regionda sərgilədiyi mövqe və Ermənistana yardımları sülh prosesi çərçivəsində diqqət çəkir. Aydın məsələdir ki, bu regionda sabitliyi və sülh prosesini pozan addımlardır. Çünki bu cür addımlar sözsüz rəsmi Bakının Narazılığına səbəb olacaq. Sülh müqaviləsinin imzalanmadığı bu dönəmdə bu addımlar etimad mühitinə zərər verir. Brüsseldə keçiriləcək ABŞ-Ermənistan görüşü və Ermənistanın sərhəddəki təxribatları, ABŞ təlimatçılarının Ermənistanda təlim keçirməsi bir daha onu göstərir ki, ABŞ-ın regiona baxış bucağı birmənalı deyil”.

 

Politoloqun sözlərinə görə, rəsmi Bakı öz etirazını bildirsə də, Ermənistan bu cür addımlar atmaqda davam edir:

 

“Aydın məsələdir ki, əsas rəqabət Rusiya və ABŞ arasında gedir və Ermənistan bu mübarizənin sadəcə meydanıdır. Azərbaycan isə tərəf edinməyə çalışır. Azərbaycan müharibə niyyətində deyil, müharibə qaçınılmaz olarsa, geri addım atacaq deyil”. 

 

 

Azər Abuşov