Türk polisi Alman ananın köməyinə gəldi! Oğlunu qaçıran keçmiş əri hava limanında yaxalanıb

Bölmə: Hadisə › ,
Tarix: 20:55 09.04.2024

3 il əvvəl boşandığı əri Dale S. tərəfindən qaçırılan oğlunu axtaran Anika Balın imdadına Türkiyə polisi gəlib. İngiltərə vətəndaşı Dale S. oğlu ilə tətilə gəldiyi Antalyada hava limanı polisi tərəfindən yaxalanıb.Uşaq anasına təhvil verilib.

 

3 il əvvəl boşandığı İngilis əri Dale S. tərəfindən Almaniyada qaçırılan oğlunu ölkə daxilində axtaran Anika Balın Antalyada türk polisi köməyinə gəlib.DHA xəbər verir ki, barəsində həbs qərarı çıxarılan İngiltərə vətəndaşı Dale S. oğlu ilə tətilə gəldiyi Antalyada təyyarəyə minməzdən əvvəl hava limanı polisi tərəfindən yaxalanıb və L. adlı uşaq təhvil verilib. Hadisə aprelin 2-də Antalya hava limanında baş verib. 2017-ci ildə Uelsdə ailə quran alman döymə ustası Anika Ball (32) və britaniyalı Deyl S. (39) 2019-cu ildə L. adlı oğlu olub. Cütlük övladları dünyaya gəldikdən 6 ay sonra ayrılmaq qərarına gəlib. Ana Anika Balla 6 aylıq uşağın qəyyumluğu verildiyi halda, Deyl S.-nin uşağını yalnız həftə sonları görməsinə icazə verilib. 2021-ci ilin dekabrında,2 yaşlı uşağını dayədən alan Dale S. keçmiş həyat yoldaşı Anika Ballın imzasını saxtalaşdıraraq, uşaq üçün pasport,səyahət icazəsi alıb və ertəsi gün onu xaricə aparıb.

 

Mənbə: Habertürk

Aytac Kərimova