Səfir ABŞ raketlərinin beynəlxalq təhlükəsizliyin “qaranlıq günü”ndən danışıb

Bölmə: Dünya › ,
Tarix: 21:34 17.04.2024

Pentaqonun Asiya-Sakit okean regionunda orta mənzilli raketlər yerləşdirməsi beynəlxalq təhlükəsizlik üçün “qara günə” çevriləcək. Bu sözləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ABŞ və Filippinin Salaknib 24 birgə hərbi təlimlərini şərh edərkən deyib, bununla bağlı Rusiya səfirliyinin Telegram kanalı xəbər verib.

 

 “Birləşmiş Ştatlar hərbi qarşıdurmanın səviyyəsini qəsdən artırır və gərginlik ocaqlarını gücləndirir. Onlar Asiya-Sakit okean regionunda yeni qapalı qruplar və hərbi-siyasi ittifaqlar yaradırlar”, - səfir qeyd edib.

 

 Onun sözlərinə görə, Vaşinqton dünyanı Soyuq Müharibə dövrünə qaytarmağa və nüvə münaqişəsi astanasında balanslaşdırmağa çalışır.

 

 Antonov ABŞ-ı “Pandora qutusunu açmamağa” və qlobal sabitliyi və proqnozlaşdırıla bilənliyi təmin etmək üçün səy göstərməyə çağırıb.

 

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan etmişdi ki, Vaşinqton bu cür sistemləri dünyanın istənilən nöqtəsində yerləşdirərsə, Moskva ölkədə orta və qısa mənzilli raketlərin (INF) yerləşdirilməsinə qoyulan moratoriumdan imtina edəcək.

 

Mənbə: Lenta.ru

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva