Keniyada bənd qəzası - ölənlərin sayı 40-a çatıb

Bölmə: Dünya › ,
Tarix: 22:18 29.04.2024

Keniyada güclü yağışlardan sonra bəndin uçması nəticəsində ən azı 42 nəfərin həyatını itirdiyi bildirilir.

 

Leysan yağışlarının təsirinə məruz qalan Nakuru bölgəsindəki Mai Mahiu şəhərində bənd çöküb. Nakuru qubernatoru Susan Kihika verdiyi açıqlamada bənd suyunun daşması nəticəsində palçıq altında qalan yaşayış məntəqələrində 42 nəfərin həyatını itirdiyi və xilasetmə işlərinin davam etdiyini bildirib. Bölgədə evləri su basarkən, magistral yolların bağlandığı bildirilib.

 

Hökümətin verdiyi açıqlamaya görə, əksəriyyəti paytaxt Nayrobidə olan 24 min ev təsərrüfatında yaşayan 130 mindən çox insan daşqınlar səbəbindən evlərini tərk edib. Keniya Təhsil Nazirliyi davam edən leysan yağışları səbəbindən bu gündən etibarən məktəblərdə smestr tətilinin daha bir həftə uzadılmasına qərar verib.

 

Keniyada baş verən son hadisədən sonra mart-may ayları arasında yağışlı mövsümdə ölənlərin ümumi sayı 120-ə yüksəlib.

 

Mənbə: CNN turk

İlahəHəsənova