Qazaxıstan Azərbaycan-Ermənistan münasibətlərində vasitəçi kimi -ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 23:23 17.04.2024

Fuad Hüseynəliyev: Qazaxıstan Azərbaycanla Ermənistan arasında bitərəf vasitəçi rolunda çıxış edə bilər.

 

Fuad Hüseynəliyevin fikirlərini "informator.az"a şərh edən politoloq Azad Məsiyev bildirib ki, Ermənistan-Azərbaycan arasında sülh sazişinin əldə olunması üçün müxtəlif platformalar yaradılıb:

 

"Bu formatda müzakirələr münaqişəsi də dalana dirəndi. Prosesdə Brüssel və Vaşinqton formatı da vasitəçi olaraq deyil, tərəf kimi çıxış etdilər. Belə olduqda, Ermənistan-Azərbaycan arasında sülhün təşkili,danışıqların aparılması baş tutmadı. Ümumiyyətlə, tərəflər arasında münaqişədən böyük güclər siyasi məqsədlər üçün istifadə edirlər ki,problem də bu baxımdan yaranır. Təbii ki, məsələnin region müstəvisində həllində də maraqlıdırlar".

 

Qazaxıstana gəlincə isə politoloq qeyd edib ki, bu dövlət Ermənistan Azərbaycanla ikitərəfli və çoxtərəfli əməkdaşlıq edir:

 

"Belə ki, o bu proseslərdə müstəqil şəkildə neytral çıxış edə biləcək bir ölkədir. Lakin, təəssüf ki, Ermənistanın baş naziri dövlətin, xalqın maraq dairəsindən çıxış etmir. Daha doğrusu, Paşinyanı hakimiyyətə gətirən qüvvələr Paşinyan vasitəsilə Cənubi Qafqaza girmək istəyir. Bu baxımdan da, hazırda Paşinyan çalışır ki, şərti sərhəddə gərginlik yaratsın. Səbəbi isə, sərhəddə yenidən konflikt yaradıb, "Beynəlxalq Sülhməramlı" adı altında NATO qüvvələrini sərhədə gətirsin. Məhz elə buna görə də, Paşinyan aldığı təlimat əsasında davranaraq, bu formatlardan imtina edir".

 

Aytac Kərimova