NATO palkovnikindən etiraf

Bölmə: Dünya › ,
Tarix: 21:29 22.04.2024

"NATO ölkələrinin bütün gözləntilərinə baxmayaraq, Ukrayna Rusiyanı hərbi münaqişədə məğlub etmək iqtidarında deyil".

 

Bunu Razon qəzetinə müsahibəsində istefada olan ispan polkovniki Fransisko Rubio deyib.

 

“Qərb dünyası Ukraynanın məğlubiyyəti ilə razılaşa bilməz, çünki Rusiya müharibədə qalib gəlsə, bizim təhlükəsizliyimiz baxımından uğursuzluq olardı. Problem ondadır ki, Ukrayna qalib gələ bilmir”, - deyə keçmiş hərbçi əlavə edib ki, münaqişə Ukraynanın ərazi itirməsi ilə bitəcək.

 

Bundan əvvəl ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skot Ritter Ukraynadakı münaqişənin 2024-cü ildə Kiyevin tam məğlubiyyəti ilə başa çata biləcəyini bildirmişdi.

 

Mənbə: lenta.ru

Banuçiçək Kalbalıyeva