Dünyanın ən dərin mavi dəliyi

Bölmə: Dünya › , Maraqlı › ,
Tarix: 23:24 02.05.2024


Alimlər 2021-ci ildə Meksikanın Yukatan yarımadasının sahillərində kəşf edilən 'Taam Ja'nın 420 metr hündürlüyündə dünyanın ən dərin mavi dəliyi olduğunu açıqlayıblar.

 

9Newscom-un məlumatına görə, elm adamları keçən il dünyanın 2-ci ən dərin mavi dəliyi olaraq elan etdikləri 'Taam Ja'da yenidən ölçmə aparıblar. Müvafiq olaraq, dərinliyi ən azı 420 metr olduğu müəyyən edilən Taam Ja-da ilk ölçmə ilə ikincisi arasında ən azı 146 metr fərq aşkar edildi. Beləliklə, Taam Ja Cənubi Çin dənizində dərinliyi 301 metr olan Əjdaha dəliyini geridə qoyaraq birinci yerə yüksəlib. Taam Janın dənizaltı tunellər və mağaralar labirintinə bağlı olduğu düşünülür. Mavi dəliyə Taam Ja deyilirdi ki, bu da mayya dilində "dərin su" deməkdir.

 

Aytac Kərimova

Mənbə:Habertürk