İranda azərbaycanlılara qarşı etnik ayrı-seçkilik -Politoloq RƏYİ

Bölmə: Siyasət › ,
Tarix: 23:11 23.04.2024

İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır.

 

Bu barədə ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatında diqqətə çatdırılıb.

 

Məsələ ilə bağlı politoloq Turan Rzayev "informator.az"a açıqlamasında qeyd edir ki, İranda mövcud olan "molla rejimi" açıq şəkildə irqi ayrı-seçkilik olub, Güney Azərbaycanlılara qarşı mədəni, etnik baxımından və digər aspektlərdən assimilyasiya siyasəti yürüdür:

 

"Buna bariz nümunə olaraq,məhz elə onların söz-fikir azadlıqlarının əllərindən alınması, milli dilin lazımi dəyəri görməməsi, bu dildə təhsil ocaqlarının qarşısının alınması vəziyhəti deməyə əsas verir. Mahsaminin ölümü sonrası başlanan etiraz aksiyaları bu gün də davam edir. Əvvəlki qədər şiddətli olmasa da, lakin aksiyaların ən böyük zərbəsi demək olar ki,Güney Azərbaycanlılara dəydi. Soydaşlarımız bu məsələdə etirazlarını bildirərək,haqq səsini çıxartdılar. Bütün bunlar hər biri rəsmi Bakının diqqətində olub və belə də davam edir. Təsadüfi deyil ki, Cənab Prezident çıxışlarının birində açıq şəkildə "Biz sərhədlərimiz xaricində yaşayan soydaşlarımızın taleyinə biganə qalmayacıq."qeyd edib və burada da, çox güman ki,İran nəzərdə tutulub".

 

Hesabat mövzusuna gəlincə isə, politoloq bildirir ki, ABŞ hər il bu kimi hesabatlar yayımlayır:

 

"İranın hesabatında qeyd edilən məlumatlar düzgün olsa da, səmimiliyinə inanmıram. Bu mövcud İran-İsrail,İran-ABŞ gərginlikləri fonunda rəami İrana təzyiq məqsədilə irəli sürülən bir hesabatdır. Məlumatlar baxımından doğru hesabatdır, lakin onun yayımlanması heç də məzmunla uyğunluq təşkil etmir. Bütün bunları nəzərə alsaq,deyə bilərik ki, Amerika üçün bu tipli mövzular heç də insan hüquqları,dünyəvi dəyərlər baxımından vacib deyil, daha çox öz maraqları əsas təşkil edir ki, bu maraqlar naminə bu tipli beynəlmiləl dəyərləri istifadə etməyi yaxşı bacarırlar və sevirlər. Lakin bu hesabatda belə bir mövzunun qeyd edilməsi, soydaşlarımız baxımından olduqca müsbətdir".

 

Aytac Kərimova