İsrail təyyarələri atəşkəs danışıqlarından əvvəl Rəfaha hücum edib: Ən azı 20 nəfər ölüb

Bölmə: Dünya › ,
Tarix: 19:22 29.04.2024

İsrailin Qəzzanın Rəfah şəhərində 3 evə endirdiyi hava zərbəsi nəticəsində azı 20 fələstinli ölüb, çoxlu sayda fələstinli yaralanıb.

 

Fələstin səhiyyə rəsmiləri İsrail təyyarələrinin də bölgənin şimalındakı Qəzza şəhərində iki evi hədəf aldığını və ən azı 4 nəfərin öldüyünü açıqlayıb.

 

Bir milyon insanın İsrail bombardmanlarından sığındığı Rəfahdakı hücum, İsrailin son atəşkəs təklifini müzakirə etmək üçün Qahirənin Həmas liderlərini qəbul etməsindən bir neçə saat əvvəl həyata keçirilib.

 

İsrail həftələrdir ki, HƏMAS-ın Qəzza zolağında son qalası olduğunu iddia etdiyi Rəfaha qarşı genişmiqyaslı hərbi əməliyyat planlaşdırır. Bununla belə, bir çox ölkələr və Birləşmiş Millətlər Təşkilatı Rafaha hücumun bölgədə sığınacaq axtaran insanların sayına görə humanitar fəlakətlə nəticələnə biləcəyindən narahatdır.

 

Həmas rəsmiləri bazar günü bildiriblər ki, təşkilatın Qəzza liderinin müavini Xəlil Əl Həyyanın başçılıq etdiyi nümayəndə heyəti Qətər və Misirdən olan vasitəçilərin göndərdiyi İsrailin son razılaşma təklifini müzakirə edəcək. ABŞ-ın dəstəklədiyi vasitəçilər son vaxtlar razılığa gəlmək üçün səylərini sürətləndiriblər.

 

Reuters-ə danışan iki Həmas rəsmisi son təklifin təfərrüatlarını açıqlamayıb, lakin danışıqlara yaxın mənbə bildirib ki, Həmas İsrailin son atəşkəs təklifinə cavab verəcəyi gözlənilir.

 

Eyni mənbə bildirib ki, təklif İsrail həbsxanalarında olan fələstinlilərin azad edilməsi müqabilində 40-dan az girovun azad edilməsini nəzərdə tutur. Mənbə “uzun müddət davam edən sakitlik dövrü” olduğunu da bildirib. Qeyd olunur ki, bu bəyanat İsrailin Həmas-ın daimi atəşkəs tələbinə alternativ cavabıdır.

 

Mənbə: BBC turk