Müqəddəs Georgi lentinin taxılması qadağandır

Bölmə: Dünya › ,
Tarix: 19:43 29.04.2024

Moldova polisi: Georgi lentini taxmaq qanunla qadağandır.

 

Mayın 9-dan əvvəl Moldova hakimiyyəti ölkə sakinlərinə Georgi lentinin taxılmasına qadağa qoyulmasını xatırladıb. RİA Novosti bu barədə Moldova polisinin rəhbəri Viorel Cernautanuya istinadən xəbər verir.

 

Onun sözlərinə görə, bu, Moldova qanunvericiliyində nəzərdə tutulub. O xatırladıb ki, ölkədə lenti satmaq, saxlamaq, istehsal etmək və lent taxmaq qadağandır.

 

Bundan əvvəl Moldova Qələbə Komitəsinin rəhbəri Aleksey Petroviç demişdi ki, polis bəzi yerlərdə “Müqəddəs Georgi” lentinin taxılmasının qadağan edilməsi və “Ölümsüz alay” aksiyasının keçirilməsi ətrafında isteriyanı qızışdırır. Onun sözlərinə görə, polis əməkdaşları qəsəbələrdən birinin merindən sovet əsgərlərinin abidəsindəki Georgi lentinin üzərinə boya çəkməyi tələb ediblər.

 

Mənbə: Lenta.ru

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva