Slovakiyanın Daxili İşlər Nazirliyi baş nazir Ficoya atəş açanların sayını açıqlayıb

Bölmə: Dünya › ,
Tarix: 23:09 15.05.2024

Slovakiyanın daxili işlər naziri Matus Şutai Eştok baş nazir Robert Fikonun neçə dəfə güllələndiyini açıqlayıb. Onun sözlərini Aktuality.sk sitat gətirib.

 

“Təcavüzkar 5 atəş açıb, baş nazirin vəziyyəti ağırdır. O, hələ də əməliyyat masasındadır”, - Daxili İşlər Nazirliyinin rəisi bildirib.

 

Mayın 15-də Slovakiyada Fikoya qarşı sui-qəsd edilib. Hücumçu çıxış etdiyi binaya gələn izdiham arasında gizlənib. Həmin şəxs qısa lüləli silahla siyasətçiyə bir neçə dəfə atəş açıb, sonra qaçmağa çalışsa da, buna nail ola bilməyib. Şahidlər şəxsi təhlükəsizlik əməkdaşları ilə birlikdə Levice şəhərinin 71 yaşlı sakini olduğu ortaya çıxan hücumçunu zərərsizləşdirib.

 

Daxili İşlər Nazirliyinin rəisi sui-qəsdin siyasi motivlərlə həyata keçirildiyini bildirib.

 

Mənbə: lenta.ru

Tərcümə etdi: Gülnisə Əfkari