Səma Muğannanın yeni kitabı nəşr edilib-"Qeyb olan uşaqlıq"

Bölmə: Mədəniyyət › ,
Tarix: 16:58 27.05.2024

"Qeyb olan uşaqlıq" kitabının müəllifi, İsa Muğannanın nəvəsi, Səma Muğanna "informator.az"a açıqlamasında kitabda nədən bəhs etdiyini, əsas toxunmaq istədiyi məsələni, qəhrəmanın başına gəldiyi hadisələr və ümumilikdə öz yazı üslubunu oxuculara çatdırıb:


"Kitab mistik janrdadır və qeyb olan uşaqlıq 4-cü kitabımdır. Bu, dördüncü kitabda 5 illik yaradıcıllığım bir araya toplanıb, amma 5 illik yaradıcıllığım oxucular üçün Səmanın doğulduğu gündən bu günə kimi yaşadığı xəyalında canlandırıb yaşamaq istədiyi bütün hadisələr təsvir olunub. Səmanın danışa bilmədiyini,dilə gətirə bilmədiyi fikirlərini qələm dilə gətirib. Əslində burada qələmə təşəkkür düşür ki, Səmanı bütövlükdə danışıb. Kitabda hər bir obrazın fərqli həyat hekayəsi var. Fərqliliklərlə bərabər hər obrazın həyat hekayəsidə çox gizlidir. Bizim reallıqda görə biləcəyimiz hadisələr xəyal dünyasında təsvir olunub. Lakin bu, sadəcə insanlar üçün bir xəyaldır, əslində bir reallığı özündə ifadə eləyir. Bu reallığın içindədə keçidlər var. Səma keçidlərdən keçərək, obrazlarını bir az incidərək onların xoşbəxtliyə qovuşmasını istəyir. O, yollarda xəyanətin, nəfrətin, sevginin dünyada bütün mənfi, müsbət sadaladığımız bu, fikirlərin hamısını bir araya toplayıb, obrazlarına sözü verir. Bir hekayimi misal çəkəcəm, Bənövşə və işıq qatarında hamının düşünəcəyi o, olacaq ki, Bənövşə olduğu yerində bildiyimiz qəhrəman, amma işıq qatarı sadəcə bir qatardır. Əslində işıq qatarı başlıqda qatar kimi görünür, amma bu, qatar deyil. Bənövşə həyatdaki qaranlığı məhv etmək üçün o, qatarın yolunu gözləyir, və hər zaman deyirlər ki, qatar ayrılıqdır. Bütün filmlərdə, romanlarda görürükki, qatar ayrılıqdır. Amma, Səmanın düşüncəsində, Səmanın dünyasında qatar bir işıqdır. O, qatarın gəlişi Bənövşənin həyatını bütövlükdə dəyişə bilir. Niyə bu əsəri misal çəkdim, çünki, toxunmaq istədiyim mövzu, məsələdə məhz buradadır. Səmanın dünyası qaranlıqdan işığa deyil, qaranlıqla işığın bir-biriylə dostluğunu təşkil edən dünyadır. İnsan hər zaman hamar yolda irəliləyə bilməz. Körpü nə qədər bərk olsa, yaxşı olsa belə o,körpüdə sınan yer mütləq olacaq. Necə ki, qəlblər sınır, və onu bərpa etmək çox çətin olur".

 

Yazıçı bildirib ki, Səma istəyir ki,qaranlıq və işıq dost olsun:


"Qaranlığın işıqla dost olması, bəlkədə, insanların həyatındaki, yaşadığı bütün probləmləri, fikirləri hər şeyi unutdurar. Dediyim kimi bu, mistikdir. Biz heç vaxt qaranlıqla işığı bir tuta bilmərik. Yeni kitabımda hadisələr qarışıqdır. Sözaltı mənalar çoxdur. Hər kəsə maraqlı gələcək ki, gül, günəş adlara niyə toxunuram. Əslində biz insanlar canlı varlıqlar olsaq da, cansız varlıqlara o, qədər adi və diqqətsiz gözlə yanaşırıq ki, onların bizə nə demək istədiklərini dinləmirik. Buna görə də hər bir qəhrəman özündə bir xarakteri daşıyır. Qeyb olan uşaqlıq romanım mənim üçün bir ilkdir. On səkkiz yaşımda belə bir romanı qələmə almaq böyük bir xoşbəxtlik və şansdır. Qələmimə təşəkkür edirəm. Mən ən çox sevdiyim obraz günəş obrazıdır. Günəş obrazında daima özümü tapıram. Çiçək o, günəşdə gələcəyini, keçmişini, indiki halını görür. Kitab beş bölümdən ibarətdir. Onlar yalnız Tanrıyla söhbətləşib, suallarına cavab tapa bilirlər. Çünki gecə insanlara nə qədər vahiməli görünsə də, əslində gecənin nə qədər tənha olduğunu o, iki obraz bilir. Mən hər zaman bunu vurğulayıram ki, əgər bir yazıçı hadisələri təsvir eləyirsədə, onu yazır amma qələmi danışır. Qeyb olan uşaqlığın nə etmək istədiyini o, iki obraz göstərir. Növbəti kitab barəsində düşünürəm, sadəcə nə zaman olacağını dəqiq deyə bilmirəm. Çünki onu sadəcə qələmim deyə bilər. Onuda deyim ki, biz oxucular yazıçının kitabını aldıq da, ona bir kitab gözündə baxırıq. Əslində o, yazıçının ən yaxşı dostudur. Əgər, bir yazıçı kitabımda yaradıcıllığını bir araya toplayırsa, hər açıb oxuduğunda o, hekayələri istər romanı, istər povesti o, obrazlarla danışmağa çalışır. Üç kitabım var, üç kitabımın birini belə ayıra bilmirəm. Qeyd elədim ki, dördüncü kitab mənim üçün çox fərqlidir, çünki burda bütövlükdə yaradıcıllığım bu yaşıma kimi yaradıcıllığım toplanıb. Yazıçının dünyası tamamilə fərqlidir. Yazıçılar hər zaman təklikdə olanda özlərini hüzurlu hiss edirlər. İnsanlar yazıçılar üçün çoşqun bir fırtınadır. Amma bomboş bir otaq, bir qələm yazıçılar üçün bütün varlığını hiss edəcək bir dünyadır".

 

Səma Muğanna ən böyük dəstəkcisi hesab etdiyi Qazax xeyriyyə ictima birliyinin sədri, professoru, İlham Pirməmmədov və məsul katibi Səbinə Yusifə bu kitabın ərsəyə gəlməsində təşəkkür edib:

 

"Nazim Əhmədli, Zaur Ustac, Nəzakət Kərimova mənim uğurlarıma ən çox sevinən, mənim yaradıcıllığıma qiymət verən məhz onlardır. Onlara çox təşəkkür edirəm. Üslubum mistik üslubdadır. Reallıqda gördüyümüz yalanlar, xəyal dünyasında olan gerçəkləri ifadə edir".

 

 

Nigar Səmədli