Notice: Undefined variable: y in /var/www/html/informator.az/azinweb/video.php on line 40

Notice: Trying to access array offset on value of type null in /var/www/html/informator.az/azinweb/video.php on line 40
Silahlı Qüvvələrin irimiqyaslı əməliyyat-taktiki təlimləri keçirilib | Informator informasiya agentliyi

Silahlı Qüvvələrin irimiqyaslı əməliyyat-taktiki təlimləri keçirilib

Təlimlər zamanı birləşmə və hissələrin səfəbərlik tapşırıqlarını yerinə yetirilməsi məqsədi ilə ehtiyatda olan 5 min nəfər təlimlərə cəlb edilib. 

Döyüş hazırlığı çərçivəsində ehtiyatdan çağrılmış hərbi vəzifəlilərə silah və hərbi texnikadan istifadə üzrə praktik məşğələlər keçirilib. Müdafiə Naziri təlimlərdə iştirak edib, vətəni müdafiəsinə hər zaman hazır olduqları üçün hərbi vəzifəlilərə təlim toplanışında mütəşəkkil iştirak etdiklərinə görə təşəkkür edib. 

Təlimlərdə 300-ə yaxın avtomobil texnikası, 15 minə qədər şəxsi heyət, 300-ə qədər zirehli texnika, raket və artilleriya qoşunlarının 200-dən artıq qurğusu, hərbi hava qüvvələrinin 20-dək aviasiya vasitəsi, həmçinin havadan mühafizəsi məqsədi ilə hava hücumundan müdafiə vasitələri və zenit-raket birləşmələri cəlb edilib.