Bakıda qəza olub, tıxac yaranıb

Bölmə: Hadisə › ,
Tarix: 13:11 13.07.2025

Bakıda yol-nəqliyyat hadisəsi avtomobillərin hərəkətində sıxlığın yaranmasına səbəb olub.

"İnformator.az" xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən Mərdəkan şosesi istiqamətində sıxlıq yaranıb. Polis əməkdaşları tərəfindən nəqliyyat sıxlığının aradan qaldırılması üçün zəruri tədbirlər görülür.