00:00:00
Yazar
Admin User
05.02.2026 15:44 45 1 dəq oxuma
Sosial

100-lərlə uşaq xəstəliyə tutulub

100-lərlə uşaq xəstəliyə tutulub

Ölkədə qızılca halları sürətlə artır - yüzlərlə uşaq artıq xəstəliyə yoluxub, həkimlər valideynləri xəbərdar edir.

 

Mövzu ilə bağlı "İnformator.az"a Səhiyyə Nazirliyi açıqlama verib:

 

"Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi vasitəsilə respublika ərazisində yoluxucu xəstəliklərin profilaktikasına yönələn kompleks tədbirləri gücləndirilən rejimdə davam etdirir. Hazırda ölkədə qızılca xəstəliyinə qarşı həm planlı peyvəndləmə, həm də əvvəlki dövrlərdə peyvənddən kənarda qalan uşaqlar və böyük yaşlı əhali arasında tibb müəssisələrində immunizasiya tədbirləri həyata keçirilir. Aparılan məqsədyönlü və sistemli peyvənd tədbirləri nəticəsində son aylarda respublika üzrə qızılca xəstəliyinin qeydə alınması müşahidə olunmur.

 

Suçiçəyi xəstəliyi mövsümi xarakter daşıyır və əsasən payız-qış aylarında qeydə alınır. Hazırda xəstəliyin ölkə üzrə kütləvi yayılması halları müşahidə edilmir. Yoluxma riskinin azaldılması məqsədilə vətəndaşlara yoluxmuş şəxslərlə təmasdan çəkinmək, əlləri tez-tez yumaq, şəxsi gigiyena qaydalarına ciddi riayət etmək, xəstəlik əlamətləri müşahidə edildikdə vaxtında tibb müəssisələrinə müraciət etmək tövsiyə olunur. Eyni zamanda, ilkin səhiyyə müəssisələri əhali arasında maarifləndirmə tədbirləri aparır, risk qrupları üzrə epidemioloji monitorinq fasiləsiz şəkildə həyata keçirilir. Ümumilikdə, respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət sabitdir və daim nəzarət altında saxlanılır".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər