00:00:00
Yazar
Admin User
27.10.2015 10:38 384 1 dəq oxuma
Sosial

12 350 nəfər tənha ahıl və əlil şəxs evlərində sosial-məişət xidməti ilə təmin olunur

9974 nəfərini qadınlar, habelə 1007 nəfərini 70 yaşdan yuxarı olan tənha ahıl vətəndaşlar təşkil edir.
12 350 nəfər tənha ahıl və əlil şəxs evlərində sosial-məişət xidməti ilə təmin olunur

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial işçiləri tərəfindən 12 350 nəfər tənha ahıl və əlil vətəndaş evlərində (səyyar) sosial-məişət xidməti ilə təmin olunur. 

Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən İnformator-a verilən xəbərə görə, onlardan 9974 nəfərini qadınlar, habelə 1007 nəfərini 70 yaşdan yuxarı olan tənha ahıl vətəndaşlar təşkil edir. Sosial işçilər həftədə iki dəfədən az olmayaraq tənha ahıl və əlil şəxslərin evlərinə gəlir, ev təsərrüfatlarında təmizlik və abadlıq işlərinin aparılması, yemək hazırlanması, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə onlara xidmətlər göstərirlər. Müvafiq qanunvericiliyə əsasən, əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyac duyan tənha ahıllar, I qrup əlilliyi olan şəxslər və başqasının köməyinə ehtiyacı olan II qrup əlillər (yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadığı halda) evlərində sosial-məişət xidməti ilə təmin olunurlar. 

Hazırda sosial məişət xidməti göstərilənlərin 7851 nəfəri şəhər və qəsəbələrdə, digərləri kənd yerlərində yaşayan  şəxslərdir.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər