00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
13.11.2026 21:51 12 2 dəq oxuma
Sosial

Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif edib

Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif edib


Milli Məclisdə dərsliklərin keyfiyyəti və onların hazırlanmasına ayrılan büdcə vəsaitləri ilə bağlı təkliflər səsləndirilib.

 

Milli Məclisin deputatı Elnarə Akimova deyib: ”Bu gün ayrılan milyonlarla manat vəsaitin nəticəsində cəmiyyətdə haqlı etirazlara səbəb olan, qüsurlu və səthi mətnlərlə dolu dərsliklər ortaya çıxırsa, deməli, bu sahədə ciddi nəzarət boşluğu var”.O bildirib ki, ayrılan vəsait daha səmərəli və məqsədyönlü xərclənməlidir.

 

Deputat təklif edib ki, parlamentdə Elm və Təhsil Nazirliyinin və müvafiq qurumların iştirakı ilə mütəmadi ictimai dinləmələr keçirilsin, mövcud irad və təkliflər dinlənilsin, birgə həll yolları axtarılsın: "Eyni zamanda, dərsliklərin hazırlanmasına və nəşrinə ayrılan büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı komitəyə ətraflı və şəffaf hesabat təqdim edilməsi təklif olunub".

 

Deputat qeyd edib ki, parlamentdən gözlənilən təkcə büdcəni rəqəmlər əsasında təsdiqləmək deyil, həm də dövlət vəsaitinin hara və necə xərcləndiyinə, xüsusilə də uşaqların təhsil keyfiyyətinə və milli ruhuna necə xidmət etdiyinə nəzarət etməkdir.

 

O bildirib ki, aidiyyəti qurumlar, xüsusilə Təhsil Nazirliyi səviyyəsində bu haqlı tənqidlərə adekvat reaksiya verilməli, sağlam izahat təqdim olunmalı və ya məsələnin həllinə yönəlmiş konkret mövqe ortaya qoyulmalıdır:

 

“Dərsliklərin hazırlanması, nəşri və təkmilləşdirilməsi üçün hər il dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Suveren dövlətimizin milli-mənəvi dəyərlərinin keşiyində duran, uşaqlarımıza düzgün tarixi, milli kimliyi və ana dilini aşılayan dərsliklər sabahımızın strateji təhlükəsizliyidir”.


Prezident bunu Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı nitqində də səsləndirib. Eyni fikirlər 7-ci Ümumdünya Qlobal Forumunda da ifadə olunub.


Aysun Xəlilova

#azərbaycan #təklif #yeni #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər