00:00:00
Yazar
Admin User
12.11.2025 08:55 147 2 dəq oxuma
Sosial

12 Noyabr - Konstitusiya Günü Münasibətilə Hüquq və İslahatlara Baxış

12 Noyabr - Konstitusiya Günü Münasibətilə Hüquq və İslahatlara Baxış

 

Bu gün, 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günüdür. Konstitusiya hüququ ölkənin hüquqi sisteminin əsasını təşkil edir və vətəndaşların hüquq və azadlıqlarını, dövlət orqanlarının səlahiyyətlərini, eləcə də hakimiyyət bölgüsünü müəyyən edir. Bu sahə yalnız qanunların yazılı forması ilə məhdudlaşmır; eyni zamanda onların tətbiqi, interpretasiyası və dövrün sosial-siyasi tələblərinə uyğunlaşdırılması da konstitusiya hüququnun vacib tərkib hissəsidir.

 

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov "İnformator.az"a açıqlamasında bildirib ki, 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşlara 31 hüquq və 5 azadlıq verilmişdir:

 

"Vətəndaşlar bu hüquq və azadlıqlardan istifadə etməkdə tam sərbəstdirlər. Məsələn, vətəndaşların ən ümdə hüquqlarından biri yaşamaq hüququdur. Bundan əlavə, onların azadlıq hüququ, sərbəst hərəkət etmək hüququ, seçki hüququ, təhsil almaq hüququ, nikah hüququ, əmək hüququ və sair hüquqları mövcuddur. Həmçinin hüquqlardan biri də onların qorunması üçün məhkəməyə müraciət etmək hüququdur. Ümumiyyətlə, bütün hüquq və azadlıqları Azərbaycan dövləti qoruyur və dövlət vətəndaşlarının hüquqlarını müdafiə etmək üçün zəruri addımlar atır".

 

Hüquqşünas həmçinin bildirib ki, bu gün Azərbaycan Konstitusiyasının bir sıra müddəaları artıq dəyişən dünyanın və yeniləşən Azərbaycanın tələblərinə cavab vermir:

 

"Bu baxımdan, idarəetmə institutlarından tutmuş, struktur islahatlarına qədər müəyyən dəyişikliklərə ehtiyac var. Konstitusiyaya əlavələr və düzəlişlər olunması artıq qaçılmazdır. Yerlərdə idarəçiliyin müasir standartlara uyğunlaşdırılması üçün bələdiyyə institutunun inkişafı və təkmilləşdirilməsi də Konstitusiyada öz əksini tapmalıdır. Hər nə olursa olsun, biz Konstitusiyamıza, orada əks olunan hüquq və azadlıqlara, eyni zamanda başqalarının hüquqlarına hörmətlə yanaşmalı və bu prinsiplərə əməl etməliyik.

Bir daha bayramımız mübarək olsun!". 

Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər