19-cu əsrə aid qəbiristanlıq suyun altında tapılıb
Arxeoloqlar ABŞ-ın Florida ştatındakı Dry Tortugas Milli Parkında su altında qalmış adada 19-cu əsrə aid dəfn qalıqları tapıblar.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, kəşf ABŞ Milli Parkının Sualtı Resurslar üzrə Xidmət Mərkəzi, Cənub-Şərqi Arxeologiya Mərkəzi və Mayami Universitetinin tələbəsinin birgə işinin nəticəsidir.
Səlahiyyətlilər məzarın Dry Tortugas Milli Parkında su basmış adada yerləşən Fort Jefferson qalasında tapıldığını və 1861-1865-ci illər arasında Amerika Vətəndaş Müharibəsi zamanı 1861-ci ildə vəfat edən fəhlə Con Greerə aid olduğunu açıqlayıb.
