2025-ci ilə qədər sülməramlıların çıxarılacağı gözlənilmir
"Qarabağda sülhməramlıların hələ də mövcud olması üçtərəfli bəyanatın prinsipi əsasında gözlənilir. Məlum məsələdir ki, müvafiq bəyannamədə sülhməramlıların Qarabağ ərazisində 2025-ci ilə qədər mövcud olacağı ilə əlaqədar müddəa var. Ona görə də həmin müddət tamamlanmadan onların bölgədən çıxarılması hələlik ki, reallığa uyğun görünmür". Bu fikirlər politoloq Züriyə Qarayeva İnformator.az-a açıqlamasında bildirib.
Digər tərəfdən də bölgədə yaşayan ermənilərin azərbaycanlılarla birgə yaşayışını təmin etmək məqsədilə rus sülhməramlı qüvvələr bölgəyə gətirilmişdir. Lakin anti-terror tədbirlərindən sonra, ermənilərin böyük bir qismi bölgədən könüllü olaraq köç etdi. Kiçik bir qisim də olsa, Azərbaycan torpaqlarında yaşayıb, Azərbaycan qanunvericiliyini qəbul etməklə bağlı razılıqlarını ifadə ediblər. Düşünürəm ki, bununla da bağlı rus sülhməramlılarının bölgədə varlığına ehtiyac var. Digər tərəfdən həm də bundan sonra baş verəcək prosesslər 2025-ə qədər həllini gözləyən müəyyən problemlər var ki, bu problemlərin də həlli ilə bağlı rus sülhməramlıların missiyasında müəyyən dəyişikliklər ola bilər. Düşünürəm ki artıq 2025-ci ildən sonra rus sülhməramlı qüvvələrinin bölgədən çıxarılması prosessi həyata keçiriləcəkdir.
Gülay Qəribova
