00:00:00
Yazar
Səadət Əlizadə
18.11.2026 21:14 63 2 dəq oxuma
İqtisadiyyat

2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib

2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib

Noyabrın 17-də parlamentin payız sessiyasının növbəti plenar iclası keçirilib. 
Plenar iclasda 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri davam etdirilib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, büdcə kəsirinin olması heç də problem deyil:

 

 

"Dünyanın bütün ölkələrində icmal büdcədə kəsir formalaşır. Yəni gəlirlərlə xərclər arasında fərq yaranır və sonradan bu fərqin aradan qaldırılması üçün müxtəlif addımlar atılır. Bu, özəlləşdirmədən əldə olunan gəlirlər, digər daxilolmalar, bonuslar, eləcə də nəzərdə tutulandan daha çox gəlirin daxil olması hesabına həyata keçirilə bilər. Məsələn, bu il neftdən icmal büdcəyə nəzərdə tutulduğundan daha çox vəsait daxil olub".

 

 

İqtisadçı bildirir ki, belə bir kəsirin formalaşması Azərbaycan iqtisadiyyatı üçün də ciddi narahatlıq doğurmur:

 

 

"Ümumilikdə, büdcə parametrləri, xüsusilə də gəlirləri ilə bağlı gələn il müsbət dinamikanın şahidi olacağıq. Nəzərdə tuturam ki, gələn il neftin qiymətləri də kifayət qədər yüksək səviyyədə olacaq. Hələlik, ən azı ilin birinci yarısı üçün proqnozlar belədir. Buna görə də gəlirlərlə bağlı problem gözlənilmir. Hətta kəsirin maliyyələşdirilməsi daha rahat və asan şəkildə həyata keçirilə bilər.

Neft gəlirlərindən asılılığın azaldılması məsələsi uzun illərdir müzakirə olunur. Hazırda Azərbaycan hökumətinin təqdim etdiyi yeni yanaşma ondan ibarətdir ki, qeyri-neft sektoru daha sürətlə inkişaf edir və büdcənin formalaşmasında daha ciddi rol oynayır. Bu, özlüyündə müsbət inkişafdır. Lakin bəzi hallarda ölkəmizdə resurs iqtisadiyyatı hələ də üstünlük təşkil edir".

 

 

Əlavə olaraq ekspert neft və qeyri-neft sektoru anlayışlarının düzgün təsnifat olmadığını düşündüyünü bildirir:

 

"Resurs və qeyri-resurs iqtisadiyyatı anlayışları daha əhatəlidir. Məsələn, resurs dedikdə yalnız neft-qaz sektoru nəzərdə tutulmamalıdır. Ölkəmizdə qızıl və digər təbii resurslar, eləcə də neft məhsulları da mövcuddur. Buna görə də hesab edirəm ki, bu təsnifatın dəyişdirilməsinə ehtiyac var. Ölkədə resurs və qeyri-resurs iqtisadiyyatı anlayışlarından istifadə olunması daha məntiqli olardı".

 

 

Səadət Əlizadə

 

#dövlət #qəbul #edilib #birinci #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər