00:00:00
Yazar
Admin User
26.09.2025 17:27 160 2 dəq oxuma
Sosial

27 Sentyabr: Qürur və Kədərin Günü

27 Sentyabr: Qürur və Kədərin Günü

Azərbaycan dövləti qonşuları ilə həmişə mehriban münasibət siyasəti yürüdüb. Lakin bəzi mənfur qonşularımız bu mehribanlığa qarşı çıxıb. Birinci Qarabağ müharibəsində qədim torpaqlarımız — Qarabağ işğal edilib. Buna baxmayaraq, biz bilirdik ki, hər şeyin öz vaxtı var və torpaqlarımızı geri qaytaracağımız gün mütləq gələcək.

 

O gün gəldi: 27 sentyabr 2020-ci ildə Ermənistan Respublikası ölkəmizə qarşı yenidən hərbi müdaxiləyə başladı. Bu dəfə illərlə dözən, hər acıya qatlaşan, vətən həsrəti çəkən Azərbaycan susmadı və müdaxiləni cavabsız qoymadı. Beləliklə, 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başladı. Azərbaycan Ordusu öz gücünü, qüvvətini və 30 il boyunca qəlbində saxladığı nifrəti bütün dünyaya göstərdi. 44 gün davam edən müharibədə biz qələbə qazandıq. Lakin bu qələbənin içində sevinclə birlikdə kədər də var idi, çünki minlərlə şəhidimiz və qazilərimiz vardı. 8 Noyabr qələbəmizə sevinərkən, digər tərəfdən azadlıq uğrunda canını verən, lakin bu azadlığı görə bilməyən, ailəsini, həyat yoldaşını, övladlarını arxada buraxaraq “Vətən sağ olsun!” deyən igidlərimiz üçün yas tuturduq. Bir gözümüz güləndə, digər gözümüz ağlayırdı. Ali Baş Komandan İlham Əliyevin 2021-ci il sentyabrın 2-də imzaladığı sərəncama əsasən, hər il 27 sentyabr İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbçilərin xatirəsinin yad edilməsi günü kimi qeyd edilir. Biz bu gündə vətəndaşlıq borcumuzu yerinə yetirərək şəhidlərimizi yad edirik. Lakin unutmamalıyıq ki, şəhidlərimizi yalnız bir gün yox, hər gün yad etməliyik. İnanıram ki, biz şəhid və qazilərimizə həmişə hörmətlə yanaşırıq və yanaşmalıyıq. Bu gün biz onların qanı ilə suvarılmış torpaqlara azad və ərazi bütövlüyü təmin olunmuş ölkənin vətəndaşı kimi ayaq basırıqsa, hər şey onların sayəsindədir. Allah şəhidlərimizə rəhmət eləsin! Şəhidlər ölməz, Vətən bölünməz!

 

Mələk Hüseynova

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər