00:00:00
Yazar
Admin User
26.12.2025 16:46 77 2 dəq oxuma
Sosial

31 Dekabr - Dünya azərbaycanlılarını birləşdirən gün

31 Dekabr - Dünya azərbaycanlılarını birləşdirən gün

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və günün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib.

 

Mövzu ilə bağlı sakin Zümrüd Hətəmova “İnformator. az” a açıqlamasında bildirib ki, il dəyişdikcə arzular, istəklər də dəyişir, böyüyür:

 

“Hər kəsin növbəti ildən müxtəlif gözləntiləri olur. Bu ilki yeni il mənə çox düşərli olub. Mənim ilk övladım universitetə daxil olub. Buna görə mənim bu il yaddaşıma ən xoşbəxt illərimdən biri kimi həkk olunub. 2026 -cı ildə 2-ci övladım universitetə qəbul olmaq istəyir. İnşəAllah oda bu il öz arzusunu reallaşdırar. Bu ildə sevimli illərimdən biri olar. Bu il ilk olaraq hər kəsə can sağlığı arzu edirəm. Arzu edirəm ki, kimin ürəyində nə arzusu var reallaşsın". 

 

Digər müsahib Gülarə Nəcəfova açıqlamasında bildirib ki, mən keçen il ilə bu ilki yeni il arasında fərq hiss edirəm:

 

“Keçən il aksesuarlara baxanda daha çox xoşbəxtlik hiss edirdim.Uşaqlıqda yeni il mənə möcüzəli gəlirdi. 2025- ci il mənəvi cəhətdən çətin il idi. Əvvələr mən hər kəsə sağlamlığ arzu edirəm. Lakin zaman keçdikcə dərk etdim ki, nə qədər sağlam olsaqda əslində sağlamlığımız həyatımızdaki insalarla bağlı olduğunu görmürük. Arzu edirəm ki, heç vaxt qarşımıza pis insanlar çıxmasın. Hər kəs həm maddi cəhətdən həm mənəvi cəhətdən yaxşı olsun. Hər kəs dəqiqələrin ,saatların qədrini yaxşı bilsin.”

 

 Günel Hətəmova isə Yeni ilin yeni sevinclər gətirdiyini söyləyir:

 

“Mən hər il yeni ildə özümü təzələnmiş kimi hiss edirem . Bu ilki yeni ilin mənə və ailəmə uğur gətirəcəyini düşünürəm. Bu ilki yeni il ilə o biri illər arasında bir çox fərqlər var. Düşünürəm ki, əvvəl insanlar yeni ili daha həvəslə qarşılayırdılar . Zaman keçdikcə insanların yeni ilə qarşı münasibəti dəyişir. Artıq yeni il onlar üçün sıradan bir günə çevirilir. Çalışıram ki, hər il əvvəlki ilə nisbətən daha gözəl təəssüratlarla girim. Düşünürəm ki, yeni ilə necə girsək bütün il elə dəvam edəcək.2025 - də yeni ölkələrə səyahət etdim . Bir çox insanlar və mədəniyyətlər tanıdım. 2025 mənim yaddaşımda unudulmaz illərdən biri kimi həkk olundu. 2026 - cı ildən arzum odur ki, başqa ölkələrə səyahət edim. Yeni iş imkanları əldə etmək istəyirəm". 

 

Selcan Xudiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər