34 insan alveri qurbanı ailəsinə qaytarılıb
“54 insan alveri qurbanından 37-i Türkiyə respublikasına, 8-i Rusiya federasiyasına 6-ı BƏƏ-ə aparılıb , 3 əcnəbi ölkə daxilində istismara məruz qalıb.”
İnformatorun məlumatına görə, bu haqda Milli Koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazov Milli Məclisin plenar iclasında məlumat verib. Onun sözlərinə görə, ötən il qeydə alınan insan alveri qurbanlarından 38-i sığınacağa yerləşdirilərək zəruri yardım edilib, təhlükəsiliyi təmin edilib: “ 54 qurbana birdəfəlik müavinət verilib, 40-a kömək fondu tərəfindən maddi yardım edilib. 24-ü işlə təmin olunub, 30-u peşə kurslarına göndərili. Profilakrik tədbirlərlə 34 qurban ailəsinə qayıdıb, 36 qurban isə QHT-in himayəsinə verilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında İnsan alveri qurbanları üçün yardım mərkəzi tərəfindən 28 qurbana hüquqi və psixoloji yardım, Səhiyyə nAzirliyinin xüsusi müəssisələrində isə 43 qurbana tibbi xidmət göstərilib. Sığınacağa yerləşdirilən qurbanların himayəsində olan 16 azyaşlı məktəbdən kənar təhsil proqramlarına cəlb olunub.”
