420 veb sayta giriş bloklanıb
Ankara Vilayət Jandarma Komandanlığı tərəfindən aparılan virtual patrul əməliyyatları zamanı qanunsuz qumar, fırıldaqçılıq və ədəbsiz məzmunlu 420 veb-sayta giriş bloklanıb.
Ankara Vilayət Jandarma Komandanlığının açıqlamasına görə, 14-21 sentyabr tarixləri arasında keçirilən virtual patrul fəaliyyətləri çərçivəsində 759 sosial media hesabı və URL ünvanı araşdırılıb.
Bu çərçivədə 350 saytın qanunsuz mərc, "fişinq" metodu ilə fırıldaqçılıq etdiyi, 66 saytın isə ədəbsiz məzmun tirajladığı müəyyən edilib. İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumuna (BTK) təqdim olunan müraciətlər əsasında həmin saytlara giriş məhdudlaşdırılıb.
Bundan əlavə, bu il baş verən kiberhücumların açılması istiqamətində aparılan fəaliyyətlər nəticəsində Etimesgut rayonunda iki mürəkkəb fırıldaqçılıq hadisəsinin üstü açılıb. Bu əməlləri törətməkdə şübhəli bilinən üç nəfər haqqında hüquqi proses başladılıb.
TRT HABER
LALƏ QAFAROVA