00:00:00
Yazar
Admin User
06.11.2025 13:53 144 1 dəq oxuma
Sosial

44 günlük Vətən müharibəsi qəhrəmanı Elmar Cəfərovun əziz xatirəsinə

44 günlük Vətən müharibəsi qəhrəmanı Elmar Cəfərovun əziz xatirəsinə

Elmar Cəfərov İlham oğlu 2 may 1995-ci ildə Gədəbəy rayonunun Nova İvanovka kəndində anadan olub. Azərbaycan Xüsusi Təyinat Qüvvələrinin igid üzvü olan Elmar 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsi dövründə döyüşlərdə fəal iştirak edib.

 

İkinci Qarabağ müharibəsindən əvvəl isə Aprel döyüşlərində igidcəsinə iştirak edib və ayağında qəlpə izləri qalıb.Vətənə olan sevgi və borcunu bilməklə Elmar Cəfərov 44 günlük Vətən müharibəsində cəbhəyə yollanır. O, həm snayperçi, həm də topçu kimi döyüşdə güclü bacarığı ilə seçilib. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qolundan yaralanmasına baxmayaraq, döyüşə davam edib və son olaraq çənəsinə dəyən qəlpə nəticəsində şəhid olub.

 

Elmar Cəfərovun igidliyi və qəhrəmanlığı Azərbaycanın tarixində unutulmaz iz buraxıb. 

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər