44 günlük Vətən müharibəsi qəhrəmanı Qərib Baxşəliyevin əziz xatirəsinə
Azərbaycan Silahlı Qüvvələrinin polkovnik leytenantı Qərib Baxşəliyev həyatını vətəninə həsr edən göstərdiyi şücaət və fədakarlıqla xalqın qəhrəmanı olub. O, döyüş xidmətində yalnız zabit kimi deyil, həm də əsgərlərin yol göstəricisi, sirdaşı və dostu kimi tanınıb.
Qərib Baxşəliyev İkinci Qarabağ müharibəsi zamanı Zəngilan və digər strateji bölgələrdə gedən əməliyyatlarda iştirak edib, vətən uğrunda canını fəda etmişdir. Onun göstərdiyi igidlik, fədakarlıq və sadiqlik həm hərbi, həm də vətənpərvərlik nümunəsi kimi yaddaşlarda qalır.
Şəhid zabit ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” kimi medallarla təltif edilib.
Qərib Baxşəliyev yalnız bir hərbiçi deyil, həm də Azərbaycan xalqının qəlbində əbədi bir qəhrəman kimi qalacaq.
Ədilə Hüseynzadə
