44 günlük Vətən müharibəsi qəhrəmanı Ülvi Müseyyiblinin əziz xatirəsinə
1991-ci il noyabrın 27-də İsmayıllı rayonunun Xəlilli kəndində anadan olan Ülvi Müseyibli Azərbaycan Ordusunun əsgəri olaraq Vətən müharibəsində iştirak edib. O, 2020-ci il sentyabrın 27-də başlayan əməliyyatlar zamanı Füzuli və Xocavənd istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Ülvi Müseyibli 2020-ci il noyabrın 5-də Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi igidliyə görə Ülvi Müseyibli ölümündən sonra Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ədilə Hüseynzadə
