44 günlük vətən müharibəsi şəhid Həmid Abbasbəylinin əziz xatirəsinə
Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı Həmid Cavanşir oğlu Abbasbəyli Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə yaddaşlarda yaşayır.
Həmid Abbasbəyli 1991-ci il noyabrın 17-də Bakı şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
2020-ci ilin sentyabrından başlayan Vətən müharibəsində ön cəbhədə iştirak edən Həmid Abbasbəyli 20 oktyabr 2020-ci il tarixində Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qarabağ” ordeni ilə təltif edilib. Şəhid Həmid Abbasbəyli igidliyi və vətənə sədaqəti ilə daim yaddaşlarda yaşayacaq.
Ədilə Hüseynzadə
