44 Günlük Vətən Müharibəsinin Qəhrəmanı Şükür Həmidovun Anım Günü
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidovun anım günüdür. Şükür Həmidov 44 günlük Vətən Müharibəsi zamanı Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
O, 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudluq kəndində anadan olub, 1990–1993-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.2016-cı ilin aprel döyüşlərində göstərdiyi şücaətə görə Azərbaycan Prezidentinin sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Şükür Həmidovun qəhrəmanlığını və Vətənə sədaqətini döyüş yoldaşları və xalq yüksək qiymətləndirir.
Bu gün onun xatirəsini ailəsi, yaxınları və döyüş yoldaşları ehtiramla yad edir, məzarı ziyarət olunur və ruhuna dualar oxunur. Şükür Həmidovun adı və qəhrəmanlığı gələcək nəsillərə Vətən sevgisinin nümunəsi olaraq çatdırılır.
Arzu Poladova
