00:00:00
Yazar
Admin User
05.11.2025 18:30 87 1 dəq oxuma
Sosial

44 günlük Vətən müharisi qəhrəmanı Xalid Nəciyevin əziz xatirəsinə

44 günlük Vətən müharisi qəhrəmanı Xalid Nəciyevin əziz xatirəsinə

1992-ci il iyulun 3-də Saatlı şəhərində anadan olan Xalid Nəciyev Qabil oğlu orta təhsilini Saatlı şəhəri Səməd Vurğun adına 1 nömrəli tam orta məktəbdə alıb. O,2009–2013-cü illərdə Gəncə Dövlət Universitetində tarix-coğrafiya ixtisası üzrə ali təhsilini davam etdirib. Müəllimlik peşəsini seçən Xalid Nəciyev 2017–2018-ci illərdə məktəbdə fənn müəllimi kimi çalışıb eləcə də Təhsil Nazirliyinin Saatlı və Sabirabad üzrə ictimaiyyətlə əlaqələr şöbəsində fəaliyyət göstərib. O, həmçinin 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub.

 

Vətən müharibəsi başladıqdan sonra Xalid Nəciyev Azərbaycan Ordusunun leytenantı kimi Laçın istiqamətində gedən döyüşlərə qatılıb. O, bölməsinə verilən döyüş tapşırıqlarını qətiyyət və peşəkarlıqla yerinə yetirib. 2020-ci il noyabrın 5-də Laçının Səfiyan kəndi istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. 

 

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi igidliyə görə Xalid Nəciyev ölümündən sonra ölkə başçısının sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. Onun xatirəsi doğulduğu bölgədə, xidmətdə olduğu kollektivdə və bütün ölkədə dərin hörmətlə anılır.

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər