44günlük Vətən müharibəsi qəhrəmanı şəhid Vüsal Allahverdiyevin əziz xatirəsinə
1988-ci ildə Qubadlı rayonunda doğulan Vüsal Allahverdiyev ailəsi ilə birlikdə 1993-cü ildə məcburi köçkün kimi Sumqayıta köçüb. Orta təhsilini burada başa vurub daha sonra Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə və Kredit” fakültəsində ali təhsil alıb.
Təhsildən sonra bir müddət bank sektorunda və özəl şirkətlərdə çalışaraq nümunəvi gənc kimi tanınıb,lakin 2020-ci ilin payızında torpaqlarımızın azadlığı uğrunda müharibə başladıqda, Vüsal tərəddüd etmədən könüllü şəkildə ordu sıralarına yazılıb.
O, Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək 30 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə yüksəlib. Döyüş yoldaşlarının sözlərinə görə o, son ana qədər mövqeyini tərk etməyib, silahdaşlarını qoruyub.
Vüsal Allahverdiyev təkcə ailəsi və dostları üçün deyil, bütün Azərbaycan üçün igidlik və vətənpərvərlik simvoluna çevrilib. Onun adı bu gün Qubadlının və bütövlükdə Azərbaycanın qəhrəman övladları sırasında böyük qürurla çəkilir.
Ədilə Hüseynzadə
