00:00:00
Yazar
Admin User
16.08.2023 16:40 509 2 dəq oxuma
Maraqlı

5-Cİ NƏSİL İNTERNET TEXNOLOGİYASI NƏYƏ QADİRDİR?

5-Cİ NƏSİL İNTERNET TEXNOLOGİYASI NƏYƏ QADİRDİR?

  Hazırda Bakıda Fəvvarələr Meydanı ərazisində beşinci nəsil internet texnologiyası test edilir. Sınaqlar uğurla tamamlanacağı təqdirdə řG" xidməti ölkəmizdə istifadəyə veriləcək. Digər tərəfdən "Starlink" peyk internetinin də, bu il Azərbaycanda fəaliyyətə başlayacağı bildirilir. İnternet sürətinin hər keçən gün yaxşılaşdırılmağa çalışılmasının yeganə səbəbi isə bərabərində gətirdiyi texnolojik yeniliklərdir. Yeni nəsil internet texnologiyaları sürət, qoşulma qabiliyyəti və etibarlılıq baxımından inqilabi dəyişiklik edir. Xüsusilə, řG" texnologiyası yüksək sürət potensialı və aşağı gecikmə ilə istifadəçi təcrübəsini kökündən dəyişdirir. řG" xidməti çoxsaylı cihazları birləşdirərək ilə ağıllı şəhərlər, avtonom nəqliyyat vasitələri, müasir telekommunikasiya, səhiyyə və digər sahələrdə böyük dəyişikliklər edəcək. Digər tərəfdən řG" xidmətinin quraşdırılması çətin olan ərazilərdə isə köməyə "Starlink" peyk interneti gələcək. Aktiv edildiyi ölkənin istənilən yerində çanaq anten vasitəsilə yüksək sürət və aşağı gecikmə dəyəri ilə internetdən və imkanlardan faydalanmaq olar.

  Sözügedən internet texnologiyalarının gücündən istifadə edərək evimizi, həmçinin yaşam tərzimizi kökündən dəyişirik. 15 il bundan əvvəlki evlərlər, indiki "ağıllı evlər" arasında böyük fərqlər var. Bunların demək olar hamısı isə internetin dəstəyi və hər gün yenilənən texnolojik alətlər ilə baş tutur. Belə ki, müasir cihazlar sayəsində evdə olmadan belə təmizlik, otaq temperaturunun idarəsi, enerji sərfiyyatına nəzarət kimi bir çox işi rahatlıqla görmək mümkündür. Bundan əlavə, ağıllı tozsoran, paltaryuyan və digər müxtəlif məişət avadanlıqları bizim saatlar çəkə biləcək işimizi rahatlıqla həll edir. Üstəlik yeni onlayn müşahidə kameraları və xəbərdarlıq cihazları mənzilin qorunmasını təmin edir.

Öz növbəsində hazırda fəaliyyət göstərən şirkət və qurumların əksəriyyəti fəaliyyətini xüsusi tətbiqlər və onlayn formada rahatlıqla apara bilir. Üstəlik bütün bunların yanında süni intellekt texnologiyası da inkişaf etdirilir. İnsanların intellektual səviyyəsi ilə bərabər olacaq süni intellektlər, bizim 2 saniyə ərzində cavab verə biləcəyimiz suala düşünmədən cavab verə biləcək. Hətta hazırda istifadə etdiyimiz bir çox tətbiq və ağıllı cihazlar süni intellekt sayəsində işləyir. Gələcəkdə bu tip texnologiyalardan istifadənin daha da artacağı   proqnozlaşdırılır.

CAVİD

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər