00:00:00
Yazar
Admin User
02.08.2023 17:06 581 3 dəq oxuma
Maraqlı

5G texnologiyası bizə nə vəd edir?

5G texnologiyası bizə nə vəd edir?

Virtual reallıq tamaşaçını ekran arxasındakı xəyali dünyaya aparmaq məqsədilə vizual və səs effektlərini təmin edən kompüter sistemidir. Son zamanlar da jurnalistlər reportajlarda VR və 360 ° videolara müraciət edir. VR və 360° videolar reportajın məlumatlandıran tərəfini daha çox işıqlandırır.

 

Reportajda jurnalistlərdən informasiyaları dinləyərkən tamaşaçılar ətrafa, yuxarıya, aşağıya baxa bilir və bu da onlara xəbərin altında yatan müxtəlif problemləri araşdırma imkanı yaradır. VR jurnalistləri izləyicilər ilə güclü əlaqə qurur və onları daha ətraflı məlumatlandırır. Dünyanın ən aparıcı xəbər təşkilatlarından olan The Wall Street Journal, Euronews, The New York Times, The Associated Press, The Guardian kimi media nəhəngləri bu üsullarla təcrübə aparır.

 

Bununla yanaşı, sosial media da, daha konkret olaraq Facebook və YouTube da dünyada baş verən son xəbərlər haqqında məlumatlar yayımlandığı üçün bu şəbəkələrin 360 ° videoları dəstəkləyən versiyası istifadəyə verildi: YouTube 360 və Facebook 360. Hər ikisinin 360 ° videoları dəstəkləməsi VR-ın dünya səviyyəsində perspektivliyinin yüksək olmasını bir daha sübut etdi. Bununla da cəmiyyətin sosial media imkanlarından faydalanması və yeni strategiyalar yaratması üçün yeni bir çağın əsasını qoyuldu.

 

Bu yaxınlarda Rusiyanın NTV kanalında yayımlanan "Шоумаскгоон" şou proqramında ən son yenilik olan VR texnologiyasından istifadə edilib. Yayım məzmununun uzaqdan istehsalı və ağıllı paylama sistemi 5G belədir. Tədbirlər, məsələn, işçilərin fasiləsiz video/audio monitorinqi və rəqəmsal iş mühiti buna aid edilir. Bununla yanaşı, bir məzmunun sosial şəbəkələrdə yayımlanması və paylanmasıdır. Məsələn, Twitter və Facebooku deyə bilərik.

 

Ultra yüksək görüntü imkanı (UHD TV) 4K yüksək görüntü imkanını təmin edir. Hər hansı bir səs, hərəkət sanki yanımızda baş vermiş kimi səslənir. Görüntünün tamamilə yeni şəkildə qəbul edir. Xətlərin hamarlığı ətraf mühitin insan gözü ilə qəbul edilməsinə maksimal  dərəcədə yaxınlaşdırılıb. Görüntü piksel saynın bir neçə dəfə artırılması ilə əldə edilir. Sadə HD format 4K-dan demək olar ki, 4 dəfə aşağıdır.

 

Kapitalizm dünya sisteminə çevrildiyi üçün telekommunikasiya sənayesi sürətlə inkişaf edib. Daha çox sürətə ehtiyac zaman və məkan sərhədlərinin aradan qaldırılması informasiyanın ötürülməsi və emalının əhəmiyyətini artırıb. Teleqraf, telefon, radiotezliklər və bu gün 5G telekommunikasiya texnologiyalarının inkişafının əsas məqamları olub. Telekommunikasiya texnologiyaları müəyyən infrastruktur tələb edir və informasiyanın ötürülməsini təmin edən qurğular yalnız bu infrastruktur sayəsində işlək olur. Bu səbəbdən telekommunikasiya infrastrukturunun uzunmüddətli və genişmiqyaslı planlaşdırılmasına zərurəti yaranıb.

 

Bəzi ekspertlər deyirlər ki, 5G gözlədiyi gecikmə, sürət və təhlükəsizlik hədəflərinə cavab verməyəcək. 6G-nin bu şübhələri asanlıqla aradan qaldıra biləcəyi deyilir. Bu problemləri həll etməklə yanaşı, 6G eyni vaxtda minlərlə əlaqə yaratmağa çalışır. Bununla belə, 6G belə yaxşı xüsusiyyətləri təqdim etsə də, onun mühüm problemlərindən biri təhlükəsizlikdir. Burada müxtəlif dinləmə prosesləri və istənilən şəxsi məlumatın əldə edilməsi prosesi başlanır. Təhlükəsizlik probleminin həlli üçün səlahiyyətlilərin kifayət qədər vaxtı var. 6G şəbəkələrinin 2030-cu ilə qədər istifadə olunacağı gözlənilmir.

 

 Züleyxa Ağamalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər