00:00:00
Yazar
Admin User
22.12.2025 18:04 82 3 dəq oxuma
Sosial

“600 bal toplayan 200 nəfərin imtahan nəticəsini ləğv etmişik”

“600 bal toplayan 200 nəfərin imtahan nəticəsini ləğv etmişik”

 

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib ki, imtahanlarda kiminsə əvəzinə iştirak etmə halları hər zaman olub və bu cür qanunsuzluqların qarşısı texniki cihazlar və digər metodlarla alınır; əvvəlki illərdə belə hallar ciddi nəticələrə, o cümlədən nəticələrin ləğv olunmasına gətirib çıxarıb.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Elçin Süleymanov bildirib ki, Dövlət İmtahan Mərkəzinin uzun illərdir təcrübəsi və imtahan vaxtındakı saxtakarlıq, başqasından köçürmə halları, eyni zamanda elektron avadanlıqların yaxalanması ilə əlaqəli kifayət qədər təcrübəsi var:

 

“Çünki imtahanda iştirak edənlərin üzəri yoxlanılmış metal detektorlarından və s. keçirilir. Eyni zamanda fiziki olaraq ondan sonra siniflərdə yenə nəzarətçi var. Təbii ki, köçürmə halları bu cür müxtəlif texniki avadanlıq qurğularının içəriyə daxil edilməsi ilə bağlı olur və zaman-zaman bunlar aşkarlanır və ictimaiyyətə bildirilir.
Burada məsələ odur ki, artıq texniki avadanlıqlar kifayət qədər sürətlə modelləşir, çeşidləri artır və bəzən yoxlama zamanı bunları yaxalamaq çox çətin olur. Misal üçün, qulaqcıq dərin bir şəkildə qulağın içərisində oturdulur və fiziki, vizual baxımdan onu tapmaq mümkün olmur. Kameralar bəzən kapşonlu üst geyimlərinin düyməsində və s. olur.
Yəni bu şəkildə ölkəyə gətirilməsi qadağan olunan, sadəcə xüsusi xidmət orqanlarının icazəsi ilə daxil olan avadanlıqları bəzən xaricdən qaçaq yolla ölkəyə gətirib və bu şəkildə həm DİM-in imtahanlarında, həm universitetlərdə, müxtəlif imtahan proseslərində köçürməyə cəhd halları olur. Bunun, təbii ki, bir hissəsi yaxalanır, bir hissəsi gözdən qaça bilər.
Amma burada Dövlət İmtahan Mərkəzinin əlində başqa imkanlar da var ki, abituriyentin əvvəlki illərdəki nəticələri əgər şübhə doğurursa, o bu məsələni daha dərindən araşdıra bilir. Yəni əvvəllər də olub bənzəri hadisələr. Buraxılış imtahanında çox zəif nəticə göstərən biri qəbul imtahanında yüksək bal toplayıb. Çünki şagirdlərin beşinci sinifdə monitorinq nəticələri əvvəl var idi DİM-də. İndi hazırda doqquzuncu siniflərin buraxılışı, on birinci siniflərin imtahanı, Dövlət İmtahan Mərkəzində keçirilən imtahanlar, sınaq imtahanlarındakı iştirakı-bunların hamısı data analitika metodu ilə izlənilir və şübhə doğuran hallar aşkar edildikdə bunun müxtəlif qeyri-qanuni səbəblərlə reallaşması düşünülür.
Yəni bunun ölçməsi, dediyim kimi, müəyyən vaxt aparır, amma tapmaq mümkündür və Dövlət İmtahan Mərkəzi də zaman-zaman bu addımları atır. Əgər sübut olunarsa ki, qeyri-qanuni şəkildə, yəni bu metodlarla qəbul olub, mərkəzin onun imtahan nəticələrini qəbul etməməkdə tamamilə haqlıdır.
Çünki burada haqsızlıq olur. Digər abituriyentlərə qarşı bəzən onun haqsız yerə topladığı bal, digərinin haqlı yerə toplayacağı yerin önündə əngəl ola bilir. Bu həm inzibati, həm cinayət məsuliyyəti olan bir hadisədir və buna görə də, dediyim kimi, müxtəlif üsullar var: bunların bəzisi ənənəvi illərlə köçürmə, başqasının vərəq dəyişmə və s. Bir də müasir texnologiyalardan qeyri-qanuni istifadə məqsədyönlü istifadədə olmasıdır ki, bunun da qarşısı alınır “.


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər