00:00:00
Yazar
Admin User
16.05.2023 19:27 496 1 dəq oxuma
Maraqlı

77 gündür suyun altında yaşayır

77 gündür suyun altında yaşayır

Cozef Dituri adlı şəxs su altında 77 gün qalmağı bacararaq bundan əvvəlki rekordu əvvəlki yeniləyib.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, mayın 16-da su altında 77-ci gününü tamamlayan Dituri sosial media hesabında verdiyi açıqlamada hələ prosesi bitirməyi düşünmədiyini, 100-cü günün sonunda suyun üzərinə çıxmağı planlaşdırdığını bildirib.

 

Dituri "İlk gündən etibarən məqsədim gələcək nəsilləri ruhlandırmaq, dəniz altında həyatı tədqiq edən alimlərdən müsahibə almaq və insan orqanizminin ağır şəraitdə necə işlədiyini öyrənmək olub" deyə bildirib.

 

Su altında qaldığı müddətdə bir sıra fiziki və psixoloji sağlamlıq müayinələrindən keçən Dituri iyunun 9-da su səthinə çıxmağı planlaşdırır.

 

Nahid

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər