00:00:00
Yazar
Aysel Mirzəyeva
06.04.2026 19:48 55 2 dəq oxuma
Siyasət

ABŞ-Avropa münasibətlərində yeni gərginlik

ABŞ-Avropa münasibətlərində yeni gərginlik

Amerika Birləşmiş Ştatları ilə Avropa müttəfiqləri arasında fikir ayrılığı əsasən Ukrayna müharibəsi və İran məsələsində ortaya çıxıb. Avropa ölkələri ABŞ-nin bəzi hərbi addımlarını dəstəkləmir və daha müstəqil siyasət yürütməyə çalışır. Donald Tramp NATO-nu “kağız pələng” adlandıraraq müttəfiqləri tənqid edib, xüsusilə onların İrana qarşı əməliyyatlarda iştirak etməməsindən narazılığını ifadə edib. Buna cavab olaraq Avropa liderləri milli maraqlarını önə çəkərək ABŞ-dən məsafə saxlayırlar.

 

Mövzu ilə bağlı Politoloq Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ olmadan NATO-nun elə bir ciddi çəkisi yoxdur:

 

“Tramp Prezident seçildikdən sonra açıq şəkildə qloballaşmaya qarşı mövqe ortaya qoyub. Avropa ölkələrinə, NATO üzvü olan dövlətlərə müraciətlə ABŞ-nin bundan sonra onların təhlükəsizliyinin əsas yükünü öz üzərinə götürməyəcəyini deyib və tələb edib ki, hər bir NATO üzvü hərbi xərclərini ümumdaxili məhsulun 5 faizi səviyyəsinə qaldırsın. Təhlükəsizliyin təminatçısı kimi təkcə ABŞ çıxış etməməli, bu yükü NATO üzvlərinin hamısı paylaşmalıdır. Eyni zamanda milli təhlükəsizlik strategiyasında NATO-nun genişlənməsinin məqsədəuyğun olmadığı qeyd olunub. Bu da ABŞ-nin xarici siyasətində mühüm dəyişikliklərin baş verdiyini göstərir. İran məsələsində ABŞ Avropa dövlətlərindən arzuladığı dəstəyi görməyib. Onlar nə Hörmüz boğazının açılması məsələsində aktiv iştirak ediblər, nə də ABŞ-yə tələb olunan digər yardımları göstəriblər. Səbəb də aydındır: əgər ABŞ NATO üzvlərindən dəstək gözləyirsə, belə mühüm addımları atmamışdan əvvəl onlarla məsləhətləşməli və onların müstəqil mövqeyinə hörmətlə yanaşmalıdır. Qərar verib, sonradan müttəfiqlərdən bu prosesə qoşulmağı tələb etmək düzgün yanaşma deyil. Nəticədə ABŞ ilə NATO-nun digər üzvləri arasında ciddi fikir ayrılıqları yaranıb”.


Həmçinin müsahib yeni bloklaşmaların yaranma ehtimalına da toxunub:

 

“Çox güman ki, belə hadisə baş verməyəcək. Çünki Trampın prezidentlik müddətinin başa çatmasına üç ildən də az vaxt qalıb və Avropa ölkələri bu müddəti gözləyərək, yeni ABŞ administrasiyası ilə münasibətləri əvvəlki qaydada qurmağa çalışacaqlar. Bu vəziyyət təbii olaraq NATO-nun roluna, nüfuzuna və çəkisinə təsir göstərir. Əgər bir vaxtlar Ukrayna ilə bağlı hər ay NATO üzvlərinin toplantıları keçirilirdisə və bu toplantılara ABŞ-nin Müdafiə naziri rəhbərlik edirdisə, artıq həmin görüşlərin həm sayı azalıb, həm də mahiyyəti dəyişib. Digər məsələlərdə də fərqli dinamika müşahidə olunur. Əvvəllər Vladimir Putin ‘biz NATO ilə müharibə edə bilmərik, NATO bizdən güclüdür’ bəyanatını verirdisə, indi NATO üzvlərini açıq şəkildə hədələməkdən çəkinmir. Çünki ABŞ olmadan NATO-nun ciddi çəkisi yoxdur və Trampın NATO-nu ‘kağız pələng’ adlandırması bu baxımdan diqqət çəkir”.

 

Aydan Əsgərxanlı

#gündəm #abş-avropa #gərginlik #münasibətlərində
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər