00:00:00
Yazar
Aysel Mirzəyeva
13.04.2026 21:31 30 2 dəq oxuma
Siyasət

"ABŞ Avropa və NATO-dan istədiyi dəstəyi ala bilməyib" - ŞƏRH

"ABŞ Avropa və NATO-dan istədiyi dəstəyi ala bilməyib" - ŞƏRH

“Əgər belə addım atılarsa, Çin üçün böyük problemlər yarana bilər”, - deyə Ağ Ev rəhbəri Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

 

Mövzu ilə bağlı AĞ Partiya sözçüsü, siyasi analitik Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, Donald Trampın ikinci dönəm hakimiyyətə gəlməsindən sonra bu tipli açıqlamaları çox olub:

 

“Amma sonunda onların heç biri reallığa söykənməyib. Hazırda da bu cür açıqlama verməsi təsadüfi deyil. Çünki İran müharibəsinin fonunda Amerika istədiyi dəstəyi Avropa İttifaqından, NATO ölkələrindən ala bilmədi. Avropa İttifaqı və NATO ilə Amerika arasında böyük çatlar yaranıb. Tramp bu cür açıqlama verməklə, əslində həmin quruma üzv olan ölkələri dırnaqarası oyandırmaq niyyətinə düşüb. Bunun üçün də belə açıqlamalar verir. Bir növ Çin də artıq savaşa qoşulur mesajı verilir. Çin dünyada əsas güc ünvanını qazanarsa, ilk sıraya çıxarsa, bu, sizlər üçün də təhlükədir kimi bir mesaj ötürmək üçün bu fikirlərə əl atıla bilər. Amma reallığa baxanda görürük ki, Çinin bu savaşda birbaşa iştirakı mümkünsüz görünür. Doğrudur, İrana dəstək verməsi də istisna edilmir. Ortada fakt olmasa da, belə bir düşüncə var ki, İranın son savaşda bu qədər üstünlük qazanmasının səbəblərindən biri də Çindir. Çin pərdəarxası İrana dəstək verib. Hətta Rusiyanın da burada adı keçir. Amma faktiki olaraq ortada heç bir sübut yoxdur. Sübut olmadığı üçün nələrisə açıq formada demək bir qədər çətindir. Ona görə də bu hədələyici tonda olan açıqlamasını Tramp özündə saxlasa, daha yaxşı olar. Çünki bir İranla bacara bilməyən Amerika və müttəfiqi İsrail Çinlə necə bacaracaq? Xüsusilə də son dönəmlərdə iqtisadiyyat yönündə Çindən geri qalmağa başlayan Amerika burada Çinlə rəqabət aparmaq gücünü getdikcə itirir. Tramp da biznesmen olaraq bunu çox yaxşı anlayır”.

 

Cavanşir Abbaslı qeyd edib ki, NATO və Qərb ölkələri bu savaşda Amerikanın yanında olmayacaqlarını açıq formada göstərdilər:

 

“Hətta buna yönəlik açıq bəyanatlar verməkdən də çəkinmədilər. Bəlkə də tarixdə ilk dəfə idi ki, bu qədər Amerikaya qarşı açıqlamalar verilirdi, ona mesajlar ünvanlanırdı. Real hərbi eskalasiya dedikdə biz artıq bu hərbi əməliyyatların şahidi olduq. Qarşıdakı doqquz günü gözləyirik. Doqquz gündə nələr dəyişəcək, buna dünya şahidlik edəcək. İndidən nələrisə demək bir qədər çətindir. Çünki Amerika və İran arasında əldə olunan atəşkəsin artıq beş günü geridə qalıb. Qarşıda qalan doqquz gün ərzində nələrin baş verəcəyi bu sualımızın cavabından asılıdır. Diplomatik ritorikanın isə nə həddə olduğunu biz İslamabad görüşündə gördük. Kifayət qədər diplomatik ritorika sərt və kəskin olmaqdadır. Amma yaxın zamanlarda bu formada davam edə bilməz və düzələcək”.


Nuray Əliyeva

#dəstəyi #bilməyib" #"abş #şərh #istədiyi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər